Şöbə müdiri Şakir Mehdiyev institutun Elmi şurasının iclasında şöbənin fəaliyyət planınında cari ildə görülməsi nəzərdə tutulan işlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, bu il şöbədə elmi-tədqiqat işləri çərçivəsində korporativ mühitdə kompüter xidmətlərinin keyfiyyətinin yüksəldilməsi metod və alqoritmlərin işlənməsi nəzərdə tutulur.
O, şöbənin elmi-innovasiya və praktiki fəaliyyətindən söz açaraq AMEA-nın institut və təşkilatlarına məxsus fərdi kompüterlərdə təmir-sazlama və onların texniki imkanlarının artırılması, AMEA-nın Rəyasət Heyətinin lokal kompüter şəbəkəsinə texniki və proqram təminatı xidmətlərinin yerinə yetirilməsi, həmçinin akademiyanın institut və təşkilatlarının infrastrukturunun yeniləməsi və təkmilləşdirilməsi ilə bağlı görüləcək işlərdən danışıb.
Bildirib ki, AMEA RH Mərkəzi Aparatı və əsas binada konfrans və iclasların müşayiət olunması, İnternet üzərindən yayımın təmin olunması və s. işlərin görülməsi bu il də fəaliyyət planına daxil edilmişdir.
O, həmçinin şöbənin elmi-pedoqoji, elmi-praktiki fəaliyyəti, beynəlxal əməkdaşlıq əlaqələrinin inkişafı, müxtəlif təyinatlı nəşrlərin hazırlanması, əldə olunmuş nəticələrin KİV-də təbliği, şöbədaxili seminarların keçirilməsi və digər işlərlə bağlı nəzərdə tutulan tədbirləri diqqətə çatdırıb.
Fəaliyyət planı Elmi şura üzvləri tərəfindən müzakirə edilərək qəbul olundu.