“iPhone” smartfonunun bir həftə ərzində avtonom işləməsi üçün akkumulyator yaradılıb

25 Avqust 2015 - 14:00 | Maraqlı məlumatlar
“iPhone” smartfonunun bir həftə ərzində avtonom işləməsi üçün akkumulyator yaradılıb

Böyük Britaniyanın “Intelligent Energy”nin nümayəndəsi bildirib ki, şirkət “iPhone 6” smartfonu üçün həftə ərzində avtonom işləməyə imkan verən akkumulyator hazırlamağa müvəffəq olub.

Yeni akkumlyatordan istifadə üçün cihazın ölçüsünü və ya formasını dəyişdirmək tələb olunmur. Görünüşcə adi aparatlardan yeganə fərqi arxa tərəfdə ventilyasiya dəliklərinin mövcud olmasıdır.

ictnews.az saytının məlumatına görə, akkumlyatorda qazaoxşar hidrogenin doldurulması konstruktiv cəhətdən qulaqcıqların qoşulması üçün konnektora oxşar dəlik vasitəsilə həyata keçirilir.

Şirkət yeni həllin kommersiya məqsədilə istifadəsi üçün gələcək smartfonların aşağı hissəsinə taxılan və bir həftə ərzində avtonom işləməyə imkan verən birdəfəlik kartric hazırlayır.