Dünyada robot bazarı genişlənir

24 Avqust 2015 - 10:00 | Maraqlı məlumatlar
Dünyada robot bazarı genişlənir

“Grand View Research” təşkilatının proqnozuna görə, 2020-ci ilədək qlobal sənaye robotları bazarının həcmi 40 milyard dollara çatacaq.

Reuters agentliyinin məlumatına görə, hazırda Çində robot bazarının həcmi ildə 9,5 milyard dollara çatır. Əgər müvafiq proqram təminatı, periferiya və mühəndis xidmətləri də bu seqmentə daxil edilsə, o zaman bu məbləğ 29 milyard dollar təşkil edir.

Çin hələ ki, bu sahədə birinci pillədə deyil. Hazırda ölkədə hər 10 min işçiyə yalnız 30 robot (Koreya Respublikasında 437, Yaponiyada 323, Almaniyada 282 və ABŞ-da 152) düşür. Dünyada isə hər 10 min işçiyə orta hesabla 62 robot düşür ki, bu da Çinin göstəricisindən təxminən 2 dəfə yüksəkdir. Bununla belə, 2017-ci ildə Çində dünyanın istənilən ölkəsi ilə müqayisədə daha çox sənaye robotu olacaq.