Şəffaf smartfon prototipi nümayiş etdirilib

19 Avqust 2015 - 10:30 | Texnoloji yeniliklər
Şəffaf smartfon prototipi nümayiş etdirilib

Ötən həftə Çində şəffaf korpusa malik smartfon nümayiş etdirilib. Hələ ki yalnız prototip şəklində mövcud olan qurğu tanınmış “Lenovo” şirkəti tərəfindən maliyələşdirilən yeni yaranmış “ZUK” şirkətinə məxsusdur.

vesti.ru saytının məlumatına görə, “ZUK” şirkətinin bu həftə təqdim etdiyi “Z1” adlı ilk smartfonu şəffaf smartfon prototipindən fərqli olaraq, tezliklə satışa çıxarılacaq. Qurğu 5,5 düymlük “Full HD” formatlı ekran, 3 Gb əməli yaddaş, “Qualcomm Snapdragon 801” prosessoru və ənənəvi “microUSB”ni əvəz edən “USB Type C” portu ilə təchiz edilib.