“Nokia” virtual reallıq kamerasını təqdim edib

30 İyul 2015 - 15:30 | Maraqlı məlumatlar
“Nokia” virtual reallıq kamerasını təqdim edib

Finlandiyanın “Nokia” şirkətinin təqdim etdiyi virtual reallıq kamerası film və televiziya proqramı çəkməyə imkan verəcək. Kürə formasında olan qurğu 8 obyektiv və 8 ayrıca mikrofonun köməyi ilə real vaxt rejimində işləyir.

“OZO” adlı kamera, əsasən peşəkar operator və kino sənayesi işçiləri üçün nəzərdə tutulub.

“Ümid edirik ki, yaxın gələcəkdə virtual reallıq insanların bir-biri ilə qarşılıqlı əlaqəsini zənginləşdirəcək. Biz “OZO” qurğusu ilə bu inqilabın mərkəzi hissəsi olmağı planlaşdırırıq”, – deyə şirkət tərəfindən bildirilib.

ictnews.az