Üç ölçülü obyektlərin real məkandan virtual məkana transformasiya problemləri araşdırılır

15 İyul 2015 - 14:00 | Konfranslar, İclaslar
Üç ölçülü obyektlərin real məkandan virtual məkana transformasiya problemləri araşdırılır

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 18 saylı şöbəsinin 2015-ci ilin I yarısı üzrə hesabatı təqdim olundu. Şöbə müdiri Anar Səmidov rəhbərlik etdiyi şöbədə aparılan elmi-tədqiqat işlərindən bəhs edərək bildirdi ki, “Üç ölçülü obyektlərin real məkandan virtual məkana və əksinə transformasiya problemlərinin analizi. İmkanlar, texnologiyalar və perspektivlər” və “İnternet mühitində reklam-marketinq fəaliyyətinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlərin işlənməsi” mövzuları üzrə araşdırmalar davam etdirilir.

Məruzəçi AMEA-nın Ümumi yığıncağı, Azərbaycan alimlərinin I Qurultayı və digər konfransların keçirilməsi, institutun yeni əməkdaşları üçün vəsiqələr, vizitkartlar, ekspress informasiyaların hazırlanması və s. ilə bağlı həyata keçirilən tədbirlər haqqında məlumat verdi.

Şöbə müdiri lokal şəbəkə üçün foto, audio və video materialların verilənlər bazasına daxil edilməsi, www.ict.az saytının “İnstitut KİV-də” bölməsinə materialların əlavə olunması, institutun əməkdaşlarının KİV-də olan məlumatlarının toplanılması üzrə işlərin görüldüyünü bildirdi.

A.Səmidov şöbə əməkdaşlarının elmi-texniki konfrans və simpoziumlarda iştirakı, müxtəlif təyinatlı kitabların və elektron nəşrlərin hazırlanması, tanınmış elmi jurnallarda məqalələrin çap olunması, müxtəlif problemlərə həsr olunmuş şöbədaxili seminarların keçirilməsi və cari işlərə dair məlumatı diqqətə çatdırdı.

Məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, təklif və tövsiyələr səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.