“IDC” analitik şirkəti 2015-ci ilin I rübünün yekunları üzrə dünyanın smartfon istehsal edən 10 iri şirkətinin adı açıqlanıb. Söhbət mobil qurğuların yığılmasını kənar istehsalçılara sifariş verənlərdən deyil, şəxsi zavodlara malik şirkətlərdən gedir.
İlk onluğa Tayvanın “Foxconn”, “Pegatron” və “Inventec, Çinin “Huaqin”, “Oppo”, “Coolpad” və “Wingtech”, Sinqapurun “Flextronics”, eləcə də Cənubi Koreyanın “Samsung” və “LG” şirkətləri daxildir. Qeyd olunan şirkətlərin siyahıda sahib olduğu yer, həmçinin istehsal göstəriciləri barədə məlumat verilmir.
Bildirilir ki, “Foxconn” və “Pegatron” “Apple” şirkəti ilə tərəfdaşlığı, “Inventec” isə “Xiaomi” tərəfindən sifarişlər sayəsində ilk onluğa düşüb. Bununla yanaşı, Tayvanın “Compal”, “Arima” və “Wistron” kimi məşhur kontraktlı istehsalçıları reytinqə daxil ola bilməyib.
Bundan əlavə, Çin istehsalçılarının mövqeyi xeyli möhkəmlənib və onlarla təkcə yerli şirkətlər deyil, həm də Hindistan, Rusiya, Cənubi Amerika, Afrika və Avropa şirkətləri sıx əməkdaşlıq etməyə başlayıb.