Ən nazik lampa təqdim olunub

19 İyun 2015 - 12:16 | Maraqlı məlumatlar
Ən nazik lampa təqdim olunub

Kolumbiya Universitetinin tədqiqatçıları lampaların qrafenin tətbiqinə əsaslanan yeni texnologiyasını hazırlayıblar. İşıq diodlarını əvəz edə bilən karbon lampaları işıqlandırmağa başlaması üçün qrafeni qızdıran xüsusi çipdən istifadə edirlər.

Faktiki olaraq, ənənəvi közərmə lampaları həmin prinsip əsasında işləyir, lakin közərmənin qrafen tellərinin qalınlığı cəmi bir atom təşkil edir. Yeni nəsil lampalar isə mövcud analoqları ilə müqayisədə daha nazik olacaq.

Alimlərin bildirdiyinə görə, hazırladıqları qrafen teli ilə birlikdə işləyən “qızdırıcı” çipi digər sahələrdə də (müxtəlif kimyəvi preparatların qızdırılması, kimyəvi reaksiyaların öyrənilməsi üçün və s.) tətbiq etmək mümkündür. 

Tədqiqatçılar iddia edir ki, yeni texnologiya əvvəlki texnologiyalardan fərqlənir və bir sıra üstünlüklərə malikdir.

tech.onliner.by