“Google Glass” eynəyi gözdən əlillərə şəhərdə səmti müəyyən etməyə kömək edəcək

19 İyun 2015 - 09:55 | Maraqlı məlumatlar
“Google Glass” eynəyi gözdən əlillərə şəhərdə səmti müəyyən etməyə kömək edəcək

ABŞ-da yeni startapı çərçivəsində gözdən əlillərə və ya görmə məhdudiyyəti olan şəxslərə yardım məqsədilə xidmət yaradılır. Aira” şirkəti xüsusi olaraq öyrədilmiş assistantların audio müşayiəti vasitəsilə görmə məhdudiyyətli insanlara şəhərdə hərəkət etməyə kömək edəcək. Şirkətin saytında bildirilir ki, xidmətin fəaliyyəti “Google Glass”ın tamamlanmış reallıq eynəyindən istifadəni nəzərdə tutur.

Hazırda xidmət beta-test mərhələsindədir və 2016-cı ilin birinci rübündə istifadəçilərin ixtiyarına veriləcək. “Aira” şirkətinin sözügedən xidmətinə qoşulmaq üçün eynəklərə sahib olmaq vacib deyil: onlardan istifadə aylıq abunə qiymətinə daxildir. Xidmətin tarifləri hələlik açıqlanmayıb.

İstifadəçi eynəyi taxıb üç dəfə sensora toxunaraq xidməti işə salır. Əlaqə zamanı assistanta yalnız eynək vasitəsilə əldə olunan video deyil, eləcə də istifadəçinin real zaman kəsiyində yenilənən yeri, bu rayonda yol hərəkəti və əsasən istifadəçiyə lazım olan məkanlar haqqında məlumat daxil olur. Sistem istifadəçilər haqqında ətraflı informasiyanı toplayaraq saxlayır: xəstəlik tarixi, təcili vəziyyət zamanı etibarlı şəxslərin əlaqə vasitələri, həmçinin onların istəkləri: sevimli kafe, müntəzəm baş çəkilən yerlər, hobbi və vərdişlər.

Gözdən əlillər və ya görmə məhdudiyyətli istifadəçilər üçün assistant qismində onların yaxın qohumu, könüllü və “Aira” şirkətinin əməkdaşı çıxış edə bilər. Onların hazırlıq səviyyəsinə nəzarəti startap öz üzərinə götürür. Müqavilənin şərtlərinə əsasən, görmə məhdudiyyətli istifadəçilərin köməkçisi onların tanıdığı və ya təlimatlarına etibar etdiyi insanın olması vacibdir.

hi-tech.mail.ru