Vikipediada məşhur insanların səslərini eşitmək mümkün olacaq

28 Yanvar 2014 - 15:00 | Texnoloji yeniliklər
Vikipediada məşhur insanların səslərini eşitmək mümkün olacaq

Vikipedianın administrasiyası açıq İnternet-ensiklopediya çərçivəsində WikiVIP (Voice Intro Project) fonotekasını yaratmağı nəzərdə tutur. Buraya ensiklopediyada məlumatları olan məşhur insanların təxminən 10 saniyəlik səs yazıları yüklənəcək. Bu yazılar gələcək nəsillərlə bərabər, müasir dövrün insanlarına da görkəmli şəxsiyyətlərin səslərini eşitmək imkanı verəcək. 

pitbit.ru saytının məlumatına görə, ilk olaraq Böyük Britaniya aktyoru, yazıçı və dramaturq Stiven Frey WikiVIP fonotekasına öz səs yazısını yükləmişdir. Fonotekanın kolleksiyasını tamamlamaq üçün bütün arzu edənlərə icazə verilsə də, səs yazıları vikipediyanın redaktorları tərəfindən yoxlanıldıqdan sonra yerləşdiriləcək.