Şəbəkəyə video yükləmək pasport əsasında mümkün olacaq

28 Yanvar 2014 - 12:20 | Texnoloji yeniliklər
Şəbəkəyə video yükləmək pasport əsasında mümkün olacaq

Çin hökuməti onlayn videohostinqlər üçün yeni iş qaydalarını elan edib. Bundan sonra Çində hər bir İnternet istifadəçisi şəbəkəyə video yükləməzdən əvvəl öz şəxsiyyətini sənəd əsasında təsdiq etdirməlidir. 

Bu addım İnternetdə sivil və sağlam mühit yaratmaq, videohostinqləri bayağı, təcavüz və pornoqrafiyanı əks etdirən kontentdən “təmizləmək” cəhdi kimi izah olunur. 

Qadağa yalnız Çində qeydiyyatdan keçmiş saytlara şamil olunub, xarici videohostinqlər isə əvvəlki rejimdə çalışmağa davam edəcək. İstifadəçi öz şəxsiyyətini təsdiq etdirmək üçün resursun administrasiyasına pasportunun surətini təqdim etməlidir. 

vesti.ru saytının bildirdiyinə görə, son zamanlar Çində videohostinqlər böyük məşhurluq qazanıb, onlardan 428 milyon nəfər istifadə edir.