Wi-Fi suvarma su ehtiyaclarını ödəməyə yardımçı olacaq. Belə ki, mövcud avtomatik suvarma sistemi “Rachio” şirkətinin istehsalı olan Wi-Fi suvarma sistemi ilə əvəz olunacaq. Bu sistem internetə qoşularaq ev sahiblərinə suvarma prosesini smartfonla idarə etməyə imkan yaradacaq. Suyun səmərəli istifadəsini artıran digər funksiyalarla yanaşı, aparat su sərfinə 30 faizə qədər qənaət edir.
Proqram təminatı mühəndisləri olan Kris Klein və Franz Garsombke aparatı 2012-ci ildəki Kolorado quraqlığından sonra yaratmaq fikrinə düşüblər. İnternetə qoşula bilən bu ağıllı aparat hava haqqında da məlumat verir və yağış yağan zaman suvarma dayandırılır. Həmçinin Rachio ağıllı suvarma sistemi bu prosesi hər mövsümə uyğunlaşdırır ki, bu da su udulmasına və otların köklərinin dərindən inkişafına şərait yaradır.
Aparatdan quraq ölkələrin sakinləri, eləcə də ev sahibləri su ödənişlərini azaltmaq məqsədilə yararlana bilər.