512 Gb tutumlu ilk “microSD” yaddaş kartı təqdim olunub

05 İyun 2015 - 15:00 | Maraqlı məlumatlar
512 Gb tutumlu ilk “microSD” yaddaş kartı təqdim olunub

Kaliforniyanın fləş-kart və aksessuarların hazırlanması üzrə ixtisaslaşmış “Microdia” şirkəti Taybee şəhərində keçirilən “Computex” sərgisində 512 Gb tutuma malik “microSD” yaddaş kartını təqdim edib.

hitech.vesti.ru saytının məlumatına görə, kartın iyulda satışa çıxarılması gözlənilir. Əsasən peşəkar fotoqraflar üçün nəzərdə tutulmuş fləş-kartın qiyməti 1000 ABŞ dolları təşkil edəcək.

Xatırladaq ki, “microSD” yaddaş kartlarının həcminin əvvəlki rekordu (200 Gb) SanDisk şirkətinin adı ilə bağlı idi.