Jestlərin köməyi ilə istənilən elektron qurğunu idarə etmək mümkün olacaq

05 İyun 2015 - 12:49 | Maraqlı məlumatlar
Jestlərin köməyi ilə istənilən elektron qurğunu idarə etmək mümkün olacaq

“Google” şirkəti “Project Soli” texnologiyasını təqdim edib. Yeni çip sayəsində insanın onu əhatə edən müasir elektron qurğuları idarə etməsi daha sadə olacaq.

nanonewsnet.ru saytının məlumatına görə, “Project Soli” mikroçipi smartfon, qolbaq, saat və ya planşet kimi daşına bilən qadjetlərə quraşdırılır.

Həmin qurğu insan əlinin ən kiçik hərəkətini belə tanıya bilir. Qəbul olunan siqnal bu jestlə müəyyən edilmiş əmrə çevrilir.

“Project Soli”nin qadjetə quraşdırılması üçün proqram təminatı tərəfindən tanınması tələb olunur.