Cənubi Koreyanın “Samsung” şirkəti ABŞ-ın patent idarəsinə (United States Patent and Trademark Office – USPTO) iki əməliyyat sistemindən istifadəyə imkan verən hibrid mobil qurğunu patenləşdirmək üçün müraciət edib.
Qurğu smartfon və fabletlər üçün noutbuk formasında dok-stansiyadır. Şirkətdən bildirilib ki, mobil cihaz klaviaturanın üzərində yerləşən xüsusi hissədə quraşdırılacaq. Bununla da smartfondan portativ kompüterin “beyin mərkəzi” kimi istifadə olunacaq.
3dnews.ru saytının məlumatına əsasən, qurğu “Android” əməliyyat sisteminin idarəsi altında işləyəcək. Dok-stansiyaya quraşdırılma zamanı “Windows” platformasına keçid gerçəkləşəcək. Mobil cihaz hibrid rejimdə əlavə ekran rolunu oynaya biləcək.
Qeyd edək ki, patentləşdirilən qurğunun satışa çıxarılma tarixi haqqında məlumat verilmir.