“Facebook” 2017-ci ildə istifadəçilərinin 80%-ni itirə bilər

22 Yanvar 2014 - 12:00 | Texnoloji yeniliklər
“Facebook” 2017-ci ildə istifadəçilərinin 80%-ni itirə bilər

Amerikanın Prinston universitetinin alimləri tədqiqat apararaq maraqlı nəticələrə gəliblər. Onlar müəyyən ediblər ki, son illər ərzində “Facebook” sosial şəbəkəsinin populyarlaşması hər hansı abstrakt yoluxucu xəstəliyin yayılmasına bənzəyir ki, bunun da sonuna az qalıb. 

pitbit.ru saytının məlumatına görə, tezliklə sosial şəbəkə populyarlığını sürətlə itirməyə başlayacaq və artıq 2017-ci ildə istifadəçilərinin 80%-dən (təxminən 1 milyard insan) məhrum olacaq. 

Alimlərin bu cür pessimist proqnozuna “Facebook” administrasiyasının reaksiyası hələlik məlum deyil.