sa sa sa

Yaranma tarixi və strukturu

İnstitutun Tədris-İnnovasiya Mərkəzi 2003-cü ildə yaradılmışdır və dörd sektordan ibarətdir: Tədrisin təşkili sektoru, İKT-nin tədrisi sektoru, İKT-nin tədrisinin elmi problemləri sektoru və İnnovativ layihələrin idarə olunması sektoru.Eyni zamanda Tədris-İnnovasiya Mərkəzinin nəzdində iki mərkəz fəaliyyət göstərir: Distant Tədris Mərkəzi və Wiki-Mərkəz.

Kadr təminatı

Hazırda mərkəzdə pedaqoji fəaliyyətlə məşğul olan əməkdaşların sayı 40 nəfərdən artıqdır. Bunlar institutun elmi işçiləri və İT  üzrə yüksək ixtisaslı mütəxəssislərdir. 

Mərkəzin maddi-texniki təminatı və tələbələrə yaradılmış şərait 

  • Dərs otaqları müasir tipli kompüter, proyektor, çap qurğusu, interaktiv elektron lövhə və digər texniki avadanlıqlarla təmin olunmuşdur;
  • Bütün kompüterlərin İnternetə fasiləsiz çıxışı təmin edilmişdir;
  • Mərkəzdə tədris olunan dərslərin keyfiyyətinə nəzarət etmək üçün videonəzarət sistemi mövcuddur;
  • Mərkəzin daxili televiziyası fəaliyyət göstərir. Burada mütəmadi olaraq mərkəzin fəaliyyəti və təklif olunan xidmətlər,  eləcə də İKT yenilikləri, təhsil xəbərləri, tədrisdə tətbiq olunan yeni texnologiyalar və s. barədə məlumatlar verilir.

Mərkəzin əsas fəaliyyət istiqamətləri

İnformasiya texnologiyaları sahəsində bilik və bacarıqların yüksəldilməsi məqsədinə xidmət edən müxtəlif innovativ layihələrin həyata keçirilməsi;

İnformasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə korporativ və fərdi kursların təşkili;

İnstitutun magistraturasında təhsil  alan tələbələr üçün dərs və imtahanların təşkili (Tədris şöbəsi ilə birgə);

Distant kursların, seminar və konfransların təşkili;

İnformasiya texnologiyaları sahəsində  biliklərin sertifikatlaşdırılması;

Ölkədə həyata keçirilən təhsilin informasiyalaşdırılması prosesinə elmi-metodoloji dəstək göstərilməsi.

Mərkəzin əsas nailiyyətləri

  • 2003-2019-cu illər ərzində respublika üzrə bütün doktorant və dissertantlara informatika fənninin tədrisi və doktorluq imtahanının qəbulu işləri həyata keçirilmişdir. Bu müddətdə 20 min nəfərdən çox doktorant və dissertant üçün informatika fənnindən kurslar təşkil edilmiş və imtahan qəbul olunaraq onların bilikləri sertifikatlaşdırılmışdır;
  • 2015-2020-ci illər ərzində AMEA-nın magistraturasında 50-dən çox ixtisas üzrə təhsil alan tələbələrə ümumi və seçmə fənnlərdən dərs və imtahanların təşkili işləri həyata keçirilmişdir;
  • Naxçıvan MR-da, Gəncə şəhəri və ətraf bölgələrdə yaşayan gənc elmi tədqiqatçılar, Naxçıvan Dövlət Universitetinin tələbələri və magistrləri üçün 2011-2019-cu illər ərzində distant tədris həyata keçirilmişdir;
  • Bir sıra nazirlik, komitə və müəssisələrin (AR Auditorlar Palatası, AR Müdafiə Sənayesi Nazirliyi, AR Fövqəladə Hallar Nazirliyi, AzərTAC, AR Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, “Sağlam ailə” Tibb Mərkəzi, Azərbaycan Dövlət Pedaqoji Kolleci və s.) əməkdaşları üçün müxtəlif proqramlar üzrə kurslar təşkil edilmişdir;
  • Müxtəlif illərdə mərkəzin əməkdaşları tərəfindən respublikanın bir sıra rayonlarında (Goranboy, Tərtər, Qax, Ağstafa, Göyçay, Astara və s.) məktəb müəllimləri üçün kompüter kursları təşkil olunmuş və onların biliklərinin sertifikatlaşdırılması işləri həyata keçirilmişdir; 
  • Vətəndaşların kompüter savadının artırılması məqsədi ilə həyata keçirilən innovativ layihə çərçivəsində 2008-ci ildə “İTV” kanalı, 2010-2011-ci illərdə isə “Günaz.tv” peyk televiziyası vasitəsi ilə  tele-dərslər keçilmişdir;
  • Mərkəz H.Əliyev Fondu, AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AR Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə 2007-2019-cu illər ərzində hər il “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın təşkilini həyata keçirmiş, qaliblərin beynəlxalq olimpiadaya hazırlaşdırılmasına dəstək göstərmişdir;
  • Regionlarda (Qazax, Ağstafa, Mingəçevir, Şirvan, Hacıqabul, İsmayıllı, Qax, Balakən, Şəki, Zaqatala rayonlarında) yerləşən bir sıra Kompüter Tədrisi Mərkəzlərinə metodik dəstək göstərilmiş, eyni zamanda həmin mərkəzlərdə tədris alan 2000 nəfərə yaxın dinləyicinin biliklərinin yoxlanılıb sertifikatlaşdırılması işləri həyata keçirilmişdir;
  • Mərkəzin innovativ layihəsi çərçivəsində 2008-2012-ci illərdə BDU-nun Jurnalistika fakültəsinin tələbələrinə  “İnformasiya cəmiyyətinin əsasları” kursu tədris edilmişdir.

İT üzrə kurslar

Tədris-İnnovasiya Mərkəzində müəssisə və təşkilatların əməkdaşları, eləcə də sıravi vətəndaşlar üçün  informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə kurslar təşkil edilir. Dərslər qrup şəklində və fərdi qaydada aparılır.

 

Kursların siyahısı:

  • Proqramlaşdırma və verilənlər bazası ( Pascal, Delphi, C, C++, C#, Java, Oracle və s.);
  • Veb-proqramlaşdırma (HTML/CSS, PHP, XML, JavaScript, Asp.net, MySQL);
  • Şəbəkə administratorluğu;
  • Riyazi proqram paketləri (MathLab, MathCad);
  • Kompüter qrafikası və dizayn proqramları (Photoshop, CorelDraw, AutoCad, 3Dmax);
  • Dövlət qulluğuna işə qəbul olunmaq istəyənlər üçün informatika;
  • Magistraturaya hazırlaşanlar üçün informatika;
  • İnformasiya cəmiyyətinin əsasları;
  • Elektron dövlətin formalaşmasının əsasları;
  • İnformasiya təhlükəsizliyi. E-imza;
  • Vikipediya ensiklopediyasının nəzəri və praktiki əsasları;
  • Gənc elmi tədqiqatçılar üçün kurslar (Beynəlxalq elmi bazalarla, e-kitabxana və e-kataloqlarla işləmə prinsipləri, məqalənin tərtibatı qaydaları);
  • Müəllimlər üçün kurslar (Proqramlaşdırma, dərsdə İT-dən istifadə metodikası, elektron lövhələrin tədrisdə tətbiqi, elektron resursların hazırlanması);
  • MS Office proqram paketi (Word, Excel, PowerPoint, Access, Publisher və s.);
  • Kompüterin təmiri və sazlanması, HelpDesk;
  • 1C: Mühasibatlıq;
  • İnternet xidmətləri (informasiya axtarışı, e-kitabxana, e-ensiklopediya, sosial şəbəkə, bloq və s.).

Kursu müvəffəqiyyətlə bitirənlərə imtahan əsasında sertifikat verilir!

 

Sertifikatlaşdırma

Tədris-İnnovasiya Mərkəzində vətəndaşların müraciətləri əsasında onların informasiya texnologiyaları sahəsundə müxtəlif proqramlar əsasında biliklərinin yoxlanılması və sertifikatlaşdırılması həyata keçirilir. Sertifikat almağın şərtləri:

  1. Sertifikat almaq istəyən şəxs hansı proqramlar üzrə biliklərini sertifikatlaşdırmaq istəməsi barədə ərizə ilə İnstitutun rəhbərliyinə müraciət edir
  2. Müraciət əsasında imtahan təyin olunur;İmtahan götürülməsi institutda fəaliyyət göstərən, informasiya texnologiyaları sahəsində yüksək ixtisaslı mütəxəssislərdən təşkil olunmuş sertifikatlaşdırma komissiyasına həvalə olunur;
  3. İmtahanın nəticəsindən asılı olaraq həmin şəxsə Sertifikat verilir.

 

 

 


 

 


 

 

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti