Nərgiz Ramiz qızı Quliyeva 2000-ci ildə anadan olmuşdur.

2017–2021-ci illərdə Bakı Dövlət Universitetinin SABAH qrupunda “Kompüter elmləri” ixtisası üzrə bakalavr, 2021–2023-cü illərdə “Kompüter elmləri və texnologiyaları” ixtisası üzrə magistr təhsili almışdır. 2024-cü ildən fəlsəfə doktoru proqramı üzrə dissertantdır.

2021–2023-cü illərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda mühəndis-proqramçı vəzifəsində, hazırda kiçik elmi işçi vəzifəsində elmi-tədqiqat fəaliyyəti ilə məşğuldur.

1203.01- “Kompüter elmləri” ixtisası üzrə “Sosial media mühitində ictimai tibbi rəylərin aşkarlanması və qərarların qəbulu metodların işlənməsi” mövzusunda dissertasiya işi üzərində çalışır. Elmi-tədqiqat fəaliyyətinin əsas istiqamətlərini sosial media məlumatlarının intellektual analizi, süni intellekt, maşın təlimi, təbii dilin emalı, sentiment analiz, tibbi mətnlərdən biliklərin avtomatik çıxarılması və s. təşkil edir. İctimai tibbi rəylərin təhlili, tibbi məlumatlardan faydalı biliklərin aşkarlanması və əldə olunan nəticələr əsasında tibbi qərarların qəbulunun dəstəklənməsinə yönəlmiş metod və alqoritmlərin istiqamətində tədqiqatlar aparır.

14 elmi əsərin, o cümlədən beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda çap olunmuş 3 məqalənin müəllifidir. Beynəlxalq və respublika səviyyəli müxtəlif konfranlarda çıxış etmişdir.

30 sentyabr 2026-ci il tarixində institutun Gənc alim və mütəxəssislər şurasının sədri vəzifəsinə seçilmişdir.

Xidməti tel.: (+994 12) 510 06 98
Faks: (+994 12) 539 61 21
Elektron poçt: gencalim@iit.science.az