• Böyük ölçülü verilənlərin kontent analizi məqsədilə mətnlərin referatlaşdırılması üçün iki mərhələli optimallaşdırma modeli təklif olunmuşdur. (İcraçılar: akademik Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev)
  • Elektron dövlət mühitində əmək bazarı ekosistemində tələb və təklifin peşə strukturu, keyfiyyət uyğunsuzluğu və demoqrafik meyllər prizmasından qiymətləndirilməsi, mövcud ixtisaslara olan tələb və təklif arasında disbalansın minimallaşdırılması, demoqrafik göstəricilərin proqnozlaşdırılması məsələlərinin həlli üçün metodlar işlənilmişdir. (İcraçılar: AMEA-nın müxbir üzvü Məsumə Məmmədova,tex.f.d., dosent Zərifə Cəbrayılova)
  • Neft-qaz sənayesində geofiziki-mədən verilənlərinin klassifikasiyası və hasilat verilənlərinin proqnozlaşdırılması üçün iyerarxik dərin neyron şəbəkə arxitekturaları və müvafiq təlim alqoritmləri işlənmişdir. (İcraçılar: tex.f.d., dosent Yadigar İmamverdiyev, tex.f.d., dosent Fərqanə Abdullayeva, tex.f.d., dosent Lyudmila Suxostat)
  • Elektron dövlət servislərinin intellektuallaşdırılması üçün bir sıra metodlar işlənilmişdir:
  • E-dövlət platformasında gizli sosial şəbəkələrin (icmaların) aşkarlanması üçün opinion mining texnologiyasına əsaslanan metod işlənmişdir.
  • E-səsvermədə namizədlərin keyfiyyət göstəriciləri əsasında çoxmeyarlı qiymətləndirilməsi üçün metodlar işlənmişdir. (İcraçılar: akademik Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, tex.f.d., dosent Fərhad Yusifov, Günay İskəndərli)
  • Bulud xidmətlərinin optimal idarə edilməsi və təhlükəsizliyinin təmini üçün yük balanslaşdırılması və kiber-hücumların aşkarlanması modelləri təklif olunmuş, dərin maşın təlim üsulları işlənmişdir. (İcraçılar: tex.f.d., dosent Yadigar İmamverdiyev, tex.f.d., dosent Fərqanə Abdullayeva)
  • Kiberfiziki sistemlərə hücumların aşkarlanması üçün hibrid dərin neyron şəbəkə modeli və çəkili klasterləşmə əsasında konsensus yanaşma təklif edilmişdir. (İcraçılar: tex.f.d., dosent Yadigar İmamverdiyev, tex.f.d., dosent Lyudmila Suxostat)