• E-dövlət mühitində terrorizmlə əlaqəli fəaliyyətin aşkarlanması üçün istifadəçi şərhlərinin sentiment analizi əsasında yanaşma təklif olunmuşdur. (İcraçılar: akademik Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, Günay Niftəliyeva)
  • Sənədlər çoxluğunun istifadəçi sorğusu əsasında referatının avtomatik yaradlması üçün mətnlərin sentiment və leksik analizi texnologiyalarına əsaslanan yeni model təklif edilmişdir. (İcraçılar: AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, Asad Abdi, Siti Maryam Şamsuddin)
  • Jurnalların, məqalələrin və tədqiqatçıların elmi fəaliyyətinin qiymətləndirilməsi üçün yeni metodlar təklif edilmişdir. (İcraçılar: akademik Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, Rəhilə Həsənova, Nərmin Adıgözəlova)
  • Real Big data-da anomaliyaların aşkarlanması üçün çəkili klasterizasiya əsasında yanaşma təklif edilmişdir. (İcraçılar: akademik Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, tex.f.d., dos. Yadigar İmamverdiyev, tex.f.d., dos. Lyudmila Suxostat)
  • Kiber-fiziki sistemlərdə kiber-hücümların və təhdidlərin sistemli analizi üçün xüsusi hücum ağacı modeli təklif edilmişdir. (İcraçılar: akademik Rasim Əliquliyev, tex.f.d., dos. Yadigar İmamverdiyev, tex.f.d., dos. Lyudmila Suxostat)
  • Qauss-Bernulli tipli dərin məhdud Bolsman maşınlarının modifikasiyası əsasında korporativ şəbəkələrə DDoS hücumların aşkarlanması metodu təklif edilmişdir. (İcraçılar: tex.f.d., dos. Yadigar İmamverdiyev, tex.f.d., dos. Fərqanə Abdullayeva)
  • Sosial şəbəkələrin təhlükəsizliyinə olan təhdidlərin çoxmeyarlı qiymətləndirilməsi üçün model təklif olunmuşdur. (İcraçılar: akademik Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, tex.f.d., dos. Fərhad Yusifov)
  • İyerarxik idarəetmə səviyyələrində qeyri-müəyyənlik şəraitində fəaliyyət göstərən İTmütəxəssislər əmək bazarında tələb və təklifin kəmiyət və keyfiyyət prizmasından uyğunlaşdırılması qərarlarının dəstəklənməsi üçün model və metodlar kompleksi işlənmişdir. (İcraçı: AMEA-nın müxbir üzvü Məsumə Məmmədova)
  • Mobil hesablama buludlarının optimal sintezi üçün metod və alqoritmlər işlənmişdir. (İcraçılar: tex.f.d., dos. Rəşid Ələkbərov, Oqtay Ələkbərov)
  • E-dövlətin insan resurslarının idarə olunması infrastrukturunda paylanmış qərarların qəbulunu intellektual dəstəkləyən model və metodlar işlənilmişdir. (İcraçılar: AMEA-nın müxbir üzvü Məsumə Məmmədova, tex.f.d., dos. Zərifə Cəbrayılova)