• Müxtəlif növ plagiatlığı (sözbəsöz, cümlələrin parafraz edilməsi, sözlərin işlənmə ardıcıllığının dəyişdirilməsi və cümlələrin transformasiyası yolu ilə köçürmə) aşkarlamaq üçün linqvistik yanaşma - cümlələrin sintaktik və semantik analizinə əsaslanan metod təklif edilmişdir. (İcraçılar: akademik Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev)
  • Qeyri-səlis model və metodlar əsasında ierarxik idarəetmə səviyyələrində insan resurslarının idarə olunması üzrə qərarların qəbulunun dəstəklənməsinin elmimetodoloji əsasları işlənilmişdir. (İcraçılar: AMEA-nın müxbir üzvü Məsumə Məmmədova, tex.f.d., dos. Zərifə Cəbrayılova)
  • Böyük həcmli verilənlərdə anomaliyaların aşkarlanması üçün qeyri-xətti optimallaşdırma modeli və bir neçə klasterləşdirmə metodu təklif edilmiş və onların eksperimental qiymətləndirilməsi aparılmışdır. (İcraçılar: akademik Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, tex.f.d., dos. Yadigar İmamverdiyev, tex.f.d. Lyudmila Suxostat)
  • Mobil hesablama buludlarında cloudletlərin resurslarından səmərəli istifadə üçün metod və alqoritmlər işlənmişdir. (İcraçılar: f.d., dos. Rəşid Ələkbərov, Oqtay Ələkbərov)
  • Virtual məkanda bəzi onlayn resurslar əsasında ölkələrarası inteqrasiyanın qiymətləndirilməsi üçün metod və alqoritmlər işlənilmişdir. (İcraçı: Gülnarə Nəbibəyova)
  • Viki-mühitdə informasiya mühabirəsi texnologiyalarının analizi üçün metod və alqoritmlər işlənmişdir. (İcraçılar: akademik Rasim Əliquliyev, İradə Ələkbərova)
  • Şəbəkə təhlükəsizliyinin vəziyyətinin operativ qiymətləndirilməsi, anomal halların erkən aşkarlanması və çevik qərarlar qəbul etməyə imkan verən intellektual monitorinq sisteminin sintezi üçün metod və alqoritmlər işlənmişdir. (İcraçılar: f.d., dos. Yadigar İmamverdiyev, Babək Nəbiyev)
  • Fərdlərin informasiya mədəniyyətinin ölçülməsi və qiymətləndirilməsi üçün metodlar işlənmişdir. (İcraçılar: AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, Rəsmiyyə Mahmudova)