• E-hökumətin idarə edilməsində əks-əlaqə mexanizmi kimi GİS texnologiyalar və informasiya fəzasının kontent analizi metodları təklif olunmuşdur. (İcraçılar: akademik Ə.Abbasov, AMEA-nın müxbir uzvü R. Əliquliyev, t.e.n. Q.Orucov, elmi işçi F.Yusifov)
  • Elektron sənədlərin avtomatik referatlaşdırılması, İnternetdən istifadənin intellektual analizi və İnternet axtarış sistemlərinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün bir sıra metod və alqoritmlər təklif edilmişdir. (İcraçı: f.e.n. R.Alıquliyev)
  • Kompüter şəbəkələrinin qlobal vəziyyətinin qiymətləndirilməsi üçün model təklif olunmuşdur. (İcraçılar: akademik Ə.Abbasov, e.n. İ.Əliyev)
  • Əmək bazarında İKT mütəxəssisləri seqmentinin təhlili aparılmış, onun vəziyyəti, problemləri və inkişaf meylləri, həlli tələb olunan məsələlər və məqsəd müəyyənləşdirilmişdir. (İcraçılar: prof. M.Məmmədova, t.e.n. Z.Cəbrayılova)
  • Multiagent texnologiyasının tətbiqi ilə etibarlı coxsəviyyəli paylanmış hesablama mühitinin sintezi üçün metod işlənilmişdir. (İcraçılar: AMEA-nın müxbir uzvü R. Əliquliyev, t.e.n. R.Ələkbərov)
  • Veb sistemlərin dayanıqlı fəaliyyətinin və təhlükəsizliyinin təmin olunması üçün metod və alqoritmlər təklif olinmuşdur. (İcraçı: elmi işçi R.Fərəcullayev)