Suxostat Lyudmila Valentinovna 1987-ci ildə anadan olmuşdur.

2005-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Tətbiqi riyaziyyat” ixtisası üzrə “İqtisadiyyat, beynəlxalq iqtisadi münasibətlər və menecment” fakültəsinə daxil olmuş və 2009-cu ildə bakalavr dərəcəsini almışdır. 2011-ci ildə həmin fakültənin magistraturasını “Riyazi modelləşdirmə” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutuna laborant vəzifəsinə qəbul olunmuş və 2020-ci ildən isə aparıci elmi işçi kimi fəaliyyət göstərir.

25.06.2015-ci il tarixdə 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiya emalı” ixtisası üzrə “Səsə görə şəxsin biometrik identifikasiyasi sistemlərinin sintezi üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işini müdafiə etmiş, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 19 yanvar 2016-cı il tarixli qərarı ilə texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

Maşın təlimi metodlarının işlənməsi, informasiya təhlükəsizliyinin təmin edilməsi üçün Big data texnologiyaları əsasında verilənlərin intellektual analizi metodlarının işlənməsi və onların bəzi tətbiqləri, informasiya infrastrukturuna olan kiber-hücumların aşkarlanması metodlarının işlənməsi, kiber-hücumların yeni informasiya texnologiyaları əsasında modelləşdirilməsi, kiber-fiziki sistemlərdə informasiya təhlükəsizliyinin təmin edilməsi metodlarının və modellərinin işlənməsi istiqamətlərində elmi-tədqiqat işləri ilə məşğul olur.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 27 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən, L.V.Suxostat elm sahəsində Gənclər üçün Prezident mükafatına layiq görülmüşdür.

2017-ci ildə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunmuşdur.

2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adına layiq görülmüşdür.

31 jurnal və 23 konfrans məqaləsinin və 1 kitabın müəllifidir. 33 əsəri xaricdə (ABŞ, Niderland, Çin, Rusiya, Ukrayna, Belarus, Latviya və s. ölkələrdə) çap edilmişdir.

16 əsəri Web of Science (Clarivate Analytics) və 18 əsəri Scopus (Elsevier) bazasında indeksləşən jurnallarda və konfrans materiallarında çap edilmişdir.

“Nitq texnologiyaları terminlərinin izahlı lüğəti” kitabının həmmüəllifidir.

 Elmi əsərləri haqqında məlumat

 

Xidməti tel.:  (+994 12) 510 42 53

Elektron poçt:           l.suhostat@iit.science.az , lsuhostat@hotmail.com