sa sa sa

AMEA   İnformasiya  Texnologiyaları   İnstitunun  “İnformasiya Texnologiyaları   Nəşriyyatı” 1 iyul 2002-ci ildə fəaliyyətə başlamışdır.

“İnformasiya Texnologiyaları Nəşriyyatı” yüksək ixtisaslı peşəkar kadrlara və dünya standartlarına uyğun ən müasir rəqəmsal mətbəə avadanlıqlarına malikdir.

Nəşriyyatda institutun “İnformasiya Texnologiyarı problemləri””İnformasiya Cəmiyyəti problemləri” adlı iki elmi-praktik jurnalı nəşr olunur.

Həmçinin institutun əməkdaşları tərəfindən tərtib edilmiş kitab, tədris materialları və metodik vəsaitlər çap edilir.

Bunlarla yanaşı, müxtəlif çap və dizayn işləri həyata keçirilir. İkiölçülü və üçölçülü qrafik redaktorların tətbiqi sayəsində kompüter qrafikası, animasiya və dizayn sahəsində müxtəlif xarakterli işlər aparılır.

Nəşriyyatda həmçinin müxtəlif təqdimatlar üçün multimedia slaydlarının hazırlanması, rastr və vektor təsvirləri üzərində bərpa və montaj işlərinin aparılması işləri həyata keçirir.

Bütövlükdə, “İnformasiya Texnologiyaları Nəşriyyatı” tərəfindən aşağıdakı xidmətlər həyata keçirilir:

  • Peşəkar dizayn işləri;
  • Müxtəlif formatlı kitab və jurnalların çapı;
  • Kitab və jurnalların tərtibatı;
  • Bukletlərin hazırlanması və çapı;
  • Vizit kartların hazırlanması və çapı;
  • Müxtəlif növ braşurların çapı;
  • Avtoreferatların çapı;
  • Təltif diplomlarının  dizaynı  və çapı;
  • Loqotiplərin hazırlanması;
  • Mətnlərin yığılması;
  • Laminasiya;
  • Cildləmə işləri (plastik və dəmir purjin).

“İnformasiya Texnologiyaları Nəşriyyatı”nın rəhbəri Anar Səmidovdur.

 

15 iyun - Milli Qurtuluş Günüdür
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti