AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

 SƏRƏNCAM

 № 344 s

                     

           Bakı şəhəri                                                                                                                “15”  may   2019-cu il

 Beynəlxalq İnformatika Olimpiadasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi

ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında

 Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq beynəlxalq İnformatika Olimpiadasının (İOİ 2019 – İnternational Olympiad in İnformatics) 2019-cu il 4-11 avqust tarixlərində Bakı şəhərində keçirilməsini təmin etmək məqsədilə aidiyyəti nazirlik və təşkilatların təkliflərinə əsasən

  1. Beynəlxalq İnformatika Olimpiadasının 2019-cu il 4-11 avqust tarixlərində Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın

 

Təşkilat Komitəsinin sədri 

Ceyhun Bayramov

– Azərbaycan Respublikasının Təhsil naziri

Təşkilat Komitəsinin həmsədri 

Ramin Quluzadə

– Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri

Təşkilat Komitəsinin fəxri həmsədri 

Hafiz Paşayev

– Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru

Təşkilat Komitəsinin üzvləri 

Fariz İsmayılzadə

– ADA Universitetinin icraçı prorektoru (əlaqələndirmə komitəsinin sədri)

Firudin Qurbanov

– Azərbaycan Respublikası Təhsil nazirinin müavini

Rafiq Bayramov

– Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini

Fərhad Hacıyev

– Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini

Oruc Zalov

– Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini

Azər Əhədov

– Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi rəisinin müavini

Azad Qasımov

– Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti rəisinin müavini

Rasim Əliquliyev

– Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

Kənan Qasımov

– Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri

Ceyhun Salmanov

– Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial     İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini

Cəmaləddin Həsənov

– ADA Universitetinin baş müəllimi (texniki komitənin sədri)

Fərid Əhmədov

– ADA Universitetinin müəllimi (elmi komitənin sədri)

 

 

 2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılan Təşkilat Komitəsi 2019-cu il 4-11 avqust tarixlərində Beynəlxalq İnformatika Olimpiadasının Bakı şəhərində keçirilməsinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

  3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. 

  

Azərbaycan Respublikasının

Baş naziri                                                                                        Novruz Məmmədov