Ölkədə elm və təhsilin inteqrasiyasını təmin etmək məqsədilə AMEA-nın tarixində ilk dəfə olaraq olaraq 2015-ci ildə AMEA-da ali təhsilin magistratura pilləsi təşkil edilmişdir. Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 8/Q saylı 7 sentyabr 2015-ci il tarixli əmri ilə 2015/2016- cı tədris ili üçün AMEA-nın magistraturasına 9 ixtisas üzrə 19 nəfər qəbul edilmişdir. Qəbulun uğurla keçdiyini və gənclərin elmə marağının böyük olduğunu nəzərə alaraq AMEA-nın magistraturasına qəbul planı artırılmış və Dövlət İmtahan Mərkəzinin 7/Q saylı 31 avqust 2016-cı il tarixli əmri ilə 2016/2017-ci tədris ili üçün AMEA nın magistraturasına 19 ixtisas üzrə 56 nəfər qəbul edilmişdir.
AMEA-nın Prezidentinin 480 saylı 10 sentyabr 2015-ci il Sərəncamına əsasən, AMEA-nın magistratura pilləsinə qəbul olmuş bütün magistrantlara ingilis dili, psixologiya, pedaqogika, fəlsəfənin əsasları kimi ümumi fənlər üzrə dərslərin tədris olunması və imtahanların təşkili AMEA İnformasiya Texnologiyaları İnstitutuna həvalə edilmişdir.
Bu sərəncama əsasən 15 sentyabr 2015-ci ildən etibarən AMEA-nın magistratura pilləsinin ümumi və seçmə fənlər üzrə nəzəri və praktiki dərslərin tədrisi institutun Tədris-İnnovasiya Mərkəzində həyata keçirilir;
“Elm haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin magistratura təhsili ilə bağlı qəbul etdiyi normativ-hüquqi sənədlərə uyğun olaraq tədris proqramı əsasında aparılır;
İmtahanlar elektron test üsulu ilə həyata keçirilir;
İmtahanların nəticələri haqqında məlumatlar hesabat şəklində AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin Magistratura şöbəsinə təqdim edilir.