sa sa sa

AMEA Rəyasət Heyətində Almaniyanın tanınmış “Springer” beynəlxalq elmi bazasının nümayəndələri Asda Kotani və Sıtkı Aktaş ilə görüş keçirildi. AMEA-nın akademik katibi, professor Rasim Əliquliyev, AMEA Rəyasət Heyətinin “Xarici əlaqələr” şöbəsinin rəhbəri, professor Ədalət Həsənov və İnformasiya Texnologiyaları İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Vüqar Musayevin iştirak etdiyi görüşün əsas məqsədi AMEA ilə Springer arasında əməkdaşlıq çərçivəsində imzalanmış müqavilədən irəli gələn vəzifələri, görülmüş işləri müzakirə etmək idi. 

Məlumdur ki, ötən ilin yanvar ayında Springer ilə AMEA arasında imzalanmış müqaviləyə əsasən, AMEA-nın institut və təşkilatları, həmçinin ölkə universitetləri Springer beynəlxalq elmi bazasının rəqəmsal kitabxanasından istifadə imkanı qazanmış, istifadəçilərin Springer-in təklif etdiyi xidmətlərə, arxiv materiallarına, həmçinin yeni nəşrlərə (elmi jurnallar, kitablar, konfrans materialları və s.) ödənişsiz onlayn çıxışı təmin olunmuşdur. 

Görüşdə Azərbaycan elmi ictimaiyyətinin Springer beynəlxalq elmi bazasının resurslarından istifadəsinə dair statistik göstəricilər təqdim olundu. Springer-in ölkəmizdə təşkil etdiyi treninq və seminarların alim və mütəxəssislərin fəaliyyətinin səmərəli təşkili istiqamətində xüsusi önəm daşıdığı qeyd olundu. Bu kimi görüşlərin regionlarda da keçirilməsinin zəruriliyi ifadə edildi. 

Həmçinin Azərbaycanın elmi tədqiqat qurumlarında bu beynəlxalq bazanın xidmətlərindən səmərəli istifadəni təmin etmək üçün mütəmadi təlim seminarlarının keçirilməsi təklif olundu. 

Sonda A.Kotani AMEA-nın yeni prezidenti, akademik Akif Əlizadəyə və akademiyanın yeni seçilmiş heyətinə gələcək fəaliyyətində uğurlar arzuladı. 

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti