AMEA İnformasiya Texnologiyaları İnstitutunda Elseiver-in idarə heyətinin sədri Yonqsuk Çinin rəhbərlik etdiyi nümayəndə heyətilə görüş keçirildi. Məqsəd İnformasiya Texnologiyaları İnstitutu ilə tanışlıq və əməkdaşlıq perspektivlərinin müzakirəsi idi.
Öncə Y.Çi Elseiver-in əsas fəaliyyət istiqamətləri haqqında məlumat verərək elmi tədqiqatçılar üçün dəyərli informasiya mənbəyi olan bu kimi elektron kitabxanaların imkanlarından söhbət açdı. Bildirdi ki, Azərbaycan alimlərinin fəaliyyətinin, aparılan elmi tədqiqatların dünya elmi ictimaiyyətində tanınması baxımından beynəlxalq elmi bazalarla əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.
Görüşdə həmçinin Azərbaycanda bu sahədə mövcud vəziyyətlə bağlı müzakirələr aparıldı, Elseiver-in təcrübəsinin öyrənilməsi və onun imkanlarından istifadənin zəruriliyindən danışıldı.
Sonra qonaqlar institutun Tədris-İnnovasiya, Multimedia və Distant Tədris mərkəzləri, AzScienceNet monitorinq və təhlükəsizlik xidməti, burada görülən işlər, həyata keçirilən layihələr, o cümlədən müasir texnologiyalarla təchiz olunmuş auditoriyalar və digər informasiya texnologiyaları ilə yaxından tanış oldular.