Telefon: 

(+994 12) 537 18 97, (+994 12) 537 18 96

Faks:

(+994 12) 539 61 21

Elektron poçt:

depart_12@iit.science.az 

Struktur bölmənin rəhbəri

Texnika üzrə fəlsəfə doktoru Gülnarə Çingiz qızı Nəbibəyova 

Əsas fəaliyyət istiqamətləri

  • Çoxölçülü verilənlərin operativ analizi (OLAP) texnologiyanın nəzəri əsasları;
  • OLAP texnologiyanın intellektuallaşdırılması problemləri;
  • Terminoloji informatikanın formalaşması problemləri;
  • Virtual məkanda Azərbaycan dili problemləri;
  • Milli informasiya təhlükəsizliyinə olan sosial təhlükələrin aşkarlanması, analizi və qiymətləndirilməsi problemləri;

 

Əsas elmi nəticələri

  • Qeyri-səlis polikubik OLAP-modeli işlənilmişdir;
  • Qərarların qəbulunu dəstəkləyən sistemlərdə verilənlər anbarı atributlarının fazzifikasiyası metodu işlənilmişdir;
  • Xarici siyasət sahəsində qərarların qəbulunu dəstəkləyən sistemlərdə ölkələrarası inteqrasiya dərəcəsinin ölçülməsi metodu işlənilmişdir;
  • OLAP əsaslı paylanmış elektron sistemlərinin informasiya təhlükəsizliyinin təmin edilməsi üçün OLAP və Blockchain-in inteqrasiyası modeli işlənilmişdir;
  • E-dövlət platformasında paylanmış smart OLAP sisteminin arxiteltur-texnoloji modeli işlənilmişdir;
  • OLAP və neyron şəbəkələrinin inteqrasiyası üçün model işlənilmişdir;
  • Terminoloji informatika sahəsində aparılan tədqiqatlar araşdırılmış və onların müqayisəli təhlili aparılmışdır;
  • Azərbaycanda terminologiya fəaliyyətinə İKT-nin tətbiqinin zəruriliyi əsaslandırılmışdır;
  • Milli terminoloji informasiya sisteminin konseptual modeli işlənmişdir;
  • Milli terminoloji informasiya sistemində OLAP və Verilənlər saxlancı texnologiyaları əsasında qərarların qəbulunu dəstəkləyən sistem işlənmişdir;
  • Milli terminoloji informasiya sisteminin qiymətləndirilməsi üçün OLAP texnologiyasına əsaslanan model işlənmişdir;
  • Milli terminoloji informasiya sistemi çərçivəsində dinamiki proseslərin riyazi modelləşdirilməsi üçün metod işlənmişdir;
  • Transliterasiya sahəsində aparılan tədqiqatlar araşdırılaraq müqayisəli təhlil olunmuş, bu sahədə əsas inkişaf istiqamətləri müəyyənləşdirilmişdir;
  • Azərbaycan dili qrafikasının digər dillərin qrafikaları ilə transliterasiya problemləri araşdırılmış, milli transliyerasiya sisteminin yaradılmasının zəruriliyi əsaslandırılmışdır;
  • Azərbaycan dili qrafikasının digər dillərin qrafikaları ilə transliterasiyası üçün modellər tətbiq edilmişdir.
  • Transliterasiya qaydalarının formalaşmasında ekspert sistemlərinin tətbiqi araşdırılmışdır;
  • Azərbaycan dili qrafikasının digər dillərin qrafikaları ilə transliterasiyası üçün expert sistemlərinin tətbiqi imkanları araşdırılmış, müəyyən təkliflər işlənilmişdir.
  • İnformasiya cəmiyyəti mühitində informasiya təhlükəsizliyi problemlərin analizi edilmişdir;
  • Şəbəkələşmiş cəmiyyətin kiber sosial-texnoloji problemləri təhlil edilmişdir;
  • İnformasiya təhlükəsizliyi monitorinqi sahəsində dünya təcrübəsinin analizi olunmuşdur;
  • İnformasiya təhlükəsizliyi monitorinq sistemləri üçün OLAP texnologiyası əsasında Qərarların qəbulunu dəstəkləyən sistemin konseptual modeli işlənmişdir;
  • Dördüncü sənaye inqilabının texnoloji çağırışları kontekstində kiber təhdidlər və onların intellektual təhlili problemləri analiz olunmuşdur;
  • İnternet mühitdə heterogen istifadə siyasətinin təmin olunmasının kibertəhlükəsizlik aspektləri analiz olunmuşdur.