Telefon:

(+ 994 12) 539 83 79

Faks:

(+ 994 12) 539 61 21

Elektron poçt:

sis@iit.science.az

Struktur bölmənin rəhbəri:

Mədinə Tacəddin qızı Səidova

Əsas fəaliyyət istiqamətləri:

  • E-kitabxanaların formalaşması problemləri;
  • Elmmetriyanın problemləri;
  • Antiplagiat və DOI xidmətləri.

 

Əsas elmi nəticələri:

  • İntellektual elektron kitabxana şəbəkələri modeli işlənmişdir;
  • İntellektual elektron kitabxanalarda toplanmış qeydiyyat məlumatlarının intellektual emalı və analizi məsələləri araşdırılmışdır;
  • Qeyri-səlis çoxluqlar nəzəriyyəsinin tətbiqi ilə çap əlyazma simvolları üçün tanıma sistemi hazırlanmışdır;
  • Mətnlərin klassifikasiyası üçün neyro-fazi şəbəkə əsasında alqoritm təklif olunmuşdur;
  • Bibliometrik üsulların tətbiqi vasitəsilə kitabxana xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, elmi tədqiqatın qiymətləndirilməsi üçün yeni indeksin işlənib hazırlanması məqsədilə elmi araşdırmalar aparılır;
  • Mövcud elmmetrik göstəricilərin təkmilləşdirilməsi və yeni göstəricilərin təklif olunması istiqamətində tədqiqatlar aparılır;
  • Elmmetriyanın, o cümlədən bibliometriya və vebometriyanın müasir vəziyyəti öyrənilmiş və elmmetrik qiymətləndirmədə istifadə olunan indekslər analiz edilmişdir;
  • Tədqiqatçının elmi fəaliyyətinin, elmi jurnalların və məqalələrin qiymətləndirilməsi üçün yeni metod və indekslər işlənilmişdir;
  • Dissertasiya işlərinin ilkin avtomatlaşdırılmış ekspertizası üçün yeni metod və alqoritmlər təklif edilmişdir;
  • Azərbaycanda nəşr olunan bir neçə jurnalın milli impakt faktoru hesablanmışdır;
  • Azərbaycanda milli antiplagiat xidmətinin yaradılması üçün təkliflər işlənilmişdir;
  • Elmi nəşrlərin antiplagiat sistemində unikallığının qiymətləndirilməsi üçün tövsiyələr işlənilmişdir;
  • Elmi əsərlərin intellektual analizi üçün DOI-nin xidmət və imkanları araşdırılmış və təhlil edilmişdir;
  • Jurnalogiya (akademik nəşr prosesləri) elminin aspektləri araşdırılmışdır;
  • Elmdə “qara bazar”ın formalaşması xüsusiyyətləri və onlarla mübarizə üsulları araşdırılmışdır.