Telefon:

(+994 12) 539 87 19,  (+994 12) 538 71 09 

Elektron poçt:

depart_7@iit.science.az

Struktur bölmənin rəhbəri

Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Tofiq Həsənağa oğlu Kazımov

Əsas fəaliyyət istiqamətləri

  • Biometrik texnologiyaların elmi-nəzəri problemləri;
  • Proqram mühəndisliyinin elmi-nəzəri problemləri.

 

Əsas elmi nəticələri

  • Fotoportretlər əsasında insan sifətinin tanınması metodları və identifikasiya sistemləri üzrə mövcud problemlər araşdırılmış, onların müqayisəli təhlili aparılmışdır. İnsan sifətində olan antropometrik nöqtələr seçilmiş və onların əsasında yeni həndəsi xarakteristikalar sistemi təklif edilmişdir;
  • Həndəsi xarakteristikaların inam intervallarını müxtəlif üsullarla müəyyən olunması üçün alqoritmlər işlənmiş və onların müqayisəsi aparılmışdır;
  • Həndəsi xarakteristikaların əhəmiyyətlilik dərəcəsini göstərən əmsalın hesablanması üçün yeni metod təklif olunmuşdur;
  • Təsvirlər əsasında İnsanın irqi-etnik mənsubiyyətini müəyyən etmək üçün metod və alqoritmlər işlənmişdir;
  • İntellektual proqram sistemlərinin konseptual əsasları işlənmişdir;
  • Proqram təminatının rahatlığını təmin edən göstəricilərin qiymətləndirilməsi üçün model və  alqoritmlər işlənmişdir;
  • İntellektual proqram sistemlərinin səmərəliliyinin qiymətləndirilməsi üçün metod və alqoritmlər işlənmişdir;
  • Proqram təminatının təhlükəsizliyinin təmin olunması üçün model və alqoritmlər işlənmişdir;
  • Müxtəlif təyinatlı proqram təminatı texnologiyalarının sintezi üçün modellər işlənmişdir;
  • İntellektual proqram sistemlərinin layihələndirilməsi üçün model işlənmişdir;
  • Müasir intellektual texnologiyalardan (intellektual interfeys və s.) istifadə etməklə intellektual instrumental proqram sisteminin sintezi üçün metod işlənilir;
  • Proqram mühəndisliyi sahəsində aparılan tədqiqatların müasir vəziyyəti analiz edilmiş və mövcud problemlər araşdırılmışdır;
  • Proqram təminatının etibarlılığına təsir edən amillər təhlil edilmiş və etibarlılığın yüksəldilməsi üçün metod və metrikalar işlənmişdir;
  • İntellektual texnologiyalardan (Maşın təlimi) istifadə etməklə proqram təminatının etibarlılığının proqnozlaşdırılması üçün metod işlənilir;
  • Proqram təminatının etibarlılığının qiymətləndirilməsi üçün mövcud metodlar araşdırılmış və yeni metod işlənilmişdir;
  • Proqram təminatının sınağında istifadə olunan süni intellekt texnologiyaları analiz edilmişdir;
  • Maşın təlimi metodundan istifadə etməklə proqram təminatının sınağının effektivliyinin artırılması üçün model işlənilir;
  • İnternet mühitində uşaqların informasiya təhlükəsizliyinin təmin edilməsinin müasir vəziyyəti analiz edilmiş və mövcud problemlər araşdırılmışdır;
  • İnternet mühitində uşaqların təhlükəsizliyinin təmin edilməsi üçün konseptual model və təkliflər işlənmişdir;
  • Zərərli veb-kontentlərin filtrasiyası və klassifikasiyası üçün metod və alqoritmlər işlənmişdir;
  • Uşaqların fərdi xüsusiyyətləri (yaş, sağlamlıq imkanları, psixoloji vəziyyəti və s.) nəzərə alınmaqla zərərli veb-kontentlərə girişin idarə edilməsi üçün metod və alqoritm işlənmişdir;
  • Qeyri-səlis üsuldan istifadə etməklə uşaqlarin İnternetdə zərərli məlumatlardan qorunması   (Mamdani modeli əsasında) üçün model işlənilmişdir;
  • Industry 4.0 şəraitində uşaqların təhlükəsizliyinin təmin edilməsi üçün  konseptual model işlənilmişdir.