Telefon:    

(+994 12) 538 05 89

Elektron poçt:

depart_4@iit.science.az

Struktur bölmənin rəhbəri

Texnika üzrə fəlsəfə doktoru, dosent Bikəs Sayıl oğlu Ağayev

Əsas fəaliyyət istiqamətləri

  • Sənaye 4 platformasında İKT-nin tətbiqi ilə ətraf mühitin qorunması problemlərinin həlli
  • Ekoloji mühəndislik və həyat fəaliyyətinin təhlükəsizliyi problemləri;
  • Elektron tullantıların elmi və sosial-iqtisadi problemləri;
  • Akustik küy çirklənməsi problemləri;
  • Neft-qaz kompleksinin mövcud texnoloji problemlərinin İKT platformasında innovativ texnologiyalar əsasinda həlli yolları.

 

Əsas elmi nəticələri

  • Metro nəqliyyatında sərnişin avtomatikası qurğularının idarəetmə sistemlərinin arxitektur-texnoloji yaradılma prinsipləri işlənmiş  və  avtomatik nəzarət-buraxılış məntəqələri kompleksi hazırlanıb Bakı Metropolitenində tətbiq olunmuşdur;
  • Paylanmış iyerarxik dispetçer idarəetmə sistemlərində audioxidmət vasitələrinin analizi və sintezi istiqamətləri üzrə aparılmış tədqiqat işlərinin nəticələri əsasında dispetçer danışıqlarının qeydiyyatı və uçotu sistemi işlənmiş (“Xəbərçi-1” və “Xəbərçi-1M”) və Bakı Metropolitenində tətbiq edilmişdir;
  • Audio-mining texnologiyaları bazasında böyük həcmli audiobaza verilənlərinin intellektual emalı üçün metod və alqoritmlərin işlənmiş,  Call-center operatorları danışıqlarının və idarəetmə əməliyyatlarının qeydiyyatı və intellektual emalı sistemi (“Arbitr-107”) yaradılmış və “AzTelekom” İstehsalat Birliyində tətbiq edilmişdir;
  • ARDNŞ-in dispetçer idarəetmə sisteminin təkmilləşdirilməsi konsepsiyası çərçivəsində sistemin müasir lokal və şəbəkə səsyazma, arxivləşdirmə sistemləri ilə inteqrasiyası məsələləri tədqiq edilmiş, dispetçer danışıqlarının uçotu və qeydiyyatı sistemi  layihələndirilmiş, xüsusiləşdirilmiş korporativ səsyazma şəbəkə sisteminin yaradılma prinsipləri işlənmişdir;
  • SOCAR-ın neft-qaz quyularının qazılması prosesində  anomal yüksək lay təzyiqinin qiymətləndirilməsi və anomal zonaların proqnozlaşdırılması üçün metodlar işlənmiş və bu metodlar əsasında yaradılmış sistem “Azneft” İstehsal Birliyinin N. Nərimanov adına NQÇİ-də tətbiq edilmişdir;
  • Nitq tranzaksiyalarının emalı metod və alqoritmlərinin işlənməsi istiqaməti üzrə telekommunikasıya kanallarından qəbul edilən səs (nitq) siqnallarının anlaşıqlıq və təbiilik meyarlarına görə keyfiyyətin qiymətləndirilməsi və artırılması üçün metod və alqoritmlər işlənmiş və tətbiq edilmişdir;
  • Coğrafi informasiya texnologiyalarının tətbiqi ilə teleradioyayım prosesinin real zamanda monitorinqi məsələləri tədqiq edilmiş, ərazinin rəqəmsal modeli və xəritələri əsasında teleradioyayım prosesinin monitorinqi sistemlərinin yaradılması prinsipləri və konseptual modeli işlənmişdir;
  • Azərbaycanda elektron tullantıların idarə edilməsi sistemlərinin yaradılması istiqamətində (qanunvericilik, texniki-texnoloji, iqtisadi-sosial, ekoloji və s. aspektləri) dünya təcrübəsinin öyrənilməsi, respublikada bu sahədə vəziyyətin monitorinqinin aparılması və idarəetmə sisteminin yaradılması məqsədilə təkliflərin işlənməsi üzrə tədqiqat işləri aparılır;
  • Azərbaycanda ətraf mühitin akustik küy çirklənməsi ilə bağlı qanunvericilik, texniki-texnoloji, iqtisadi-sosial, ekoloji və s. sahələrdə vəziyyətin monitorinqinin aparılması və intellektual monitorinq şəbəkəsinin elmi-nəzəri və arxitektur-texnoloji əsaslarının işlənməsi. üzrə tədqiqat işləri aparılır.