Telefon:

(+994 12) 510 42 53

Elektron poçt:

depart_2@iit.science.az

Struktur bölmənin rəhbəri:

Akademik, texnika elmləri doktoru, professor Rasim Məhəmməd oğlu Əliquliyev

Əsas fəaliyyət istiqamətləri:

  • Mürəkkəb bulud sistemlərinin kibertəhlükəsizliyinin təmin edilməsi üçün intellektual metod və alqoritmlərin işlənməsi;
  • Kiber-fiziki sistemlərin kiber dayanıqlığının təmin edilməsi üçün kiberhücumların və sistem nasazlıqlarının aşkarlanması və kibertəhlükəsizliyinin artırılması problemləri;
  • Şəbəkə infrastrukturunda insidentlərin aşkarlanması, identifikasiyası, intellektual analizi və aradan qaldırılması problemləri;
  • Kompüter şəbəkələrinin məhsuldarlığının və resurslarının istifadəsinin optimallaşdırılması, nasazlıqlarının erkən aşkarlanması və aradan qaldırılması, xidmət keyfiyyətinin yaxşılaşdırılması və kibertəhlükəsizlik səviyyəsinin artırılması üçün şəbəkə trafikinin intellektual monitorinqi və analizi problemləri;
  • Sosial təyinatlı kiber-fiziki sistemlərdə fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi problemləri;
  • Kompüter sistemlərində zərərli proqram təminatının aşkarlanması üçün intellektual metodların və alqoritmlərin işlənməsi;
  • Pilotsuz uçuş aparatlarına olan təhdidlərin aşkarlanması və onların kibertəhlükəsizliyinin təmin olunması problemləri;
  • Kritik sistemlərin və onların ayrı-ayrı komponentlərinin kiber təhlükəsizliyinin təmin edilməsi problemləri;
  • Təbii dilin emalı texnologiyalarının tətbiqi ilə mətnlərdə kibertəhlükələrin aşkarlanması problemləri;
  • İnternet mühitində uşaqların informasiya təhlükəsizliyinin təmin edilməsi problemləri;
  • Milli informasiya təhlükəsizliyinə olan kiber təhlükələrin aşkarlanması, analizi və qiymətləndirilməsi problemləri.

 

Əsas elmi nəticələri:

  • İnformasiya təhlükəsizliyini təmin edən adaptiv sistemlərin elmi-metodoloji əsasları, dəyişən strukturlu xüsusi virtual şəbəkələrin (XVŞ) qurulmasının nəzəri əsasları, XVŞ-də istifadəçilərin paylanmış autentifikasiya sistemlərinin sintez metodları işlənmişdir;
  • Korporativ şəbəkələrdə müxtəlif təbiətli təhlükələrə qarşı mübarizədə qərarların qəbul edilməsinin riyazi modelləri təklif olunmuşdur;
  • Kompüter şəbəkələrində müdaxilələrin adaptiv aşkarlanması sistemlərinin yaradılmasının yeni arxitektur əsasları təklif olunmuşdur;
  • Elliptik əyrilərdə asimmetrik kriptoqrafik sistemlərin sintezi üçün metodlar və alqoritmlər işlənmişdir;
  • Qarşılıqlı əlaqəli korporativ informasiya fəzalarında ekranlaşdırma modelləri işlənmişdir;
  • Korporativ şəbəkələrin layihələndirilməsi mərhələsində informasiya təhlükəsizliyinin qiymətləndirilməsi üçün metodlar və alqoritmlər işlənmişdir;
  • Milli informasiya infrastrukturunun əhali və miqrasiya seqmentində toplanan fərdi məlumatlar arasında münasibətlərin sosial şəbəkələrlə modelləşdirilməsi üsulları təklif edilmişdir;
  • İnformasiya sahəsində milli maraqlara strateji risklərin konsensus ranqlaşdırılması metodu işlənmiş, qarşılıqlı asılı kritik informasiya infrastrukturlarında risklərin qiymətləndirilməsi metodu və milli İnternet infrastrukturunun dayanıqlığının qiymətləndirilməsi modelləri təklif edilmişdir;
  • Biometrik şablonların mühafizəsi və saxta biometrik nümunələrin aşkarlanması metodları, biometrik verilənlərdən  kriptoqrafik açarların generasiyası metodları və multi-biometrik sistemlərdə informasiyanın optimal aqreqasiyası modelləri işlənmişdir;
  • E-dövlətin informasiya təhlükəsizliyinin  strateji idarə edilməsi üçün qeyri-səlis koqnitiv model, kibermüdafiə taktikasının seçilməsi üçün hiperoyun modeli və operativ idarəetmə üçün situativ idarəetmə modeli təklif edilmişdir;
  • Kompüter şəbəkələrinin intellektual monitorinqi sisteminin sintezi üçün metod və modellər təklif edilmişdir;
  • Bulud xidməti provayderlərinə istifadəçi inamının qiymətləndirilməsi və bulud infrastrukturuna yönələn hücumların aşkarlanması üçün metodlar və alqoritmlər işlənmişdir;
  • Şəbəkə təhlükəsizliyinin intellektual monitorinqi sistemi üçün şəbəkə trafikinin klassifikasiyası və klasterizasiyası metodları təklif edilmişdir;
  • Şəxsin səsə görə tanınması sistemlərinin sintezi üçün robast əlamətlərin çıxarılması və klassifikasiya məlumatlarının optimal aqreqasiyası metodları təklif edilmişdir;
  • Kiber-fiziki sistemlərdə kiberhücumların modelləşdirilməsi və nəticələrinin qiymətləndirilməsi üçün hücum ağacı modeli təklif edilmişdir;
  • Böyük həcmli verilənlərin real zamanda paralel emalı üçün klasterləşdirilmə alqoritm təklif edilmişdir;
  • Audio verilənlərin spektral analizi əsasında dronların aşkarlanması üçün metod təklif edilmişdir;
  • Bitkilərin yarpaqlarının xəstəliklərinin erkən diaqnostikası üçün dərin təlim alqoritmi işlənmişdir;
  • Loq faylların analizi əsasında istifadəçilərin İnternet asılılığının müəyyən edilməsi üçün maşın təlimi yanaşması təklif edilmişdir;
  • Bulud mühitində hədəfyönümlü hücumların (Advanced Persistent Threats, APT) aşkarlanması üçün avtoenkoder və softmax reqressiya alqoritmləri əsasında klassifikasiya metodu təklif edilmişdir;
  • Kompüter şəbəkələrinin proaktiv monitorinqi üçün bircins LSTM (Long Short-Term Memory) ansamblı əsasında metod təklif edilmişdir;
  • Tətbiqi səviyyədə DDoS hücumların aşkarlanması üçün CNN (Convolutional Neural Network) modeli əsasında avtomatik diaqnostika sistemi təklif edilmişdir;
  • N-gram+TFIDF (TF  term frequency, IDF  inverse document frequency) sxemindən istifadə etməklə İnternet trafikində vulqarizmlərin aşkarlanması üçün maşın təliminə əsaslanan metod təklif edilmişdir;
  • Pilotsuz uçuş aparatlarına GPS spoofing hücumlarının aşkarlanması üçün CNN modelinə əsaslanan metod təklif edilmişdir;
  • Akustik siqnallardan alınmış spektroqram və skaloqramların istifadəsi ilə kiberfiziki sistemlərdə anomaliyaların aşkarlanması üçün transfer təlimi arxitekturu əsasında metod təklif edilmişdir;
  • Kiberfiziki sistemlərə hücumların aşkarlanması üçün dərin təlimin model təklif edilmişdir;
  • Bulud hesablamalarının servis modellərinə olan kiberhücumların aşkarlanması üçün maşın təlimi üsulu işlənilmişdir;
  • LSTM və CNN modellərinə əsasən, qısa müddətli Furye və veyvlet çevrilmələrindən istifadə edərək, neft avadanlıqlarında nasazlıqların aşkarlanması üçün hibrid dərin təlim modeli təklif edilmişdir;
  • Bulud əsaslı şəbəkələrdə kiberhücumların tanınması üçün qraflara əsaslanan konvalyusiya neyron şəbəkəsi və GraphSage modeli təklif edilmişdir.
  • Çox meyarlı qərar qəbul etmə metoduna əsaslanaraq kiberfiziki sistem komponentlərinin boşluqlarının kritikliyini qiymətləndirmək üçün kəmiyyət metodunu təklif edilmişdir;
  • Radon transformasiyası əsasında əldə edilmiş sinoqramlardan istifadə etməklə zərərli proqramların təsnifatı üçün yanaşma təklif edilmişdir;
  • Klasterləşmənin dəqiqliyini artırmaq üçün k-medoidlər və k-means alqoritmləri əsasında böyük verilənlər paralel klasterləşdirilməsi üçün yanaşma təklif edilmişdir;
  • İnformasiya təhlükəsizliyi monitorinq sistemləri üçün OLAP texnologiyası əsasında qərarların qəbulunu dəstəkləyən sistemin konseptual modeli təklif edilmişdir.