Azərbaycan Respublikasında əhalinin demoqrafik vəziyyəti, sayı, tərkibi və yerləşməsi haqqında, habelə sosial-iqtisadi proqnozların aparılması üçün lazım olan məlumatların əldə edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. 2009-cu il aprelin 13-dən 22-dək Azərbaycan Respublikasında əhalinin siyahıyaalınması keçirilsin.

2. Əhalinin siyahıyaalınmasına hazırlıq, onun keçirilməsi, yekunlarının işlənməsi, təhlil edilməsi və nəticələrinin dərc edilib yayılması Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə həvalə edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində 2009-cu ildə əhalinin siyahıyaalınmasına hazırlıq işlərinin görülməsini və onun keçirilməsini təmin edən tədbirlər planını təsdiq etsin.

4. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 iyun 2006-cı il