"İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 529 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Bələdiyyə sifarişlərinin verilməsi Qaydaları"nın (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №7, maddə 466; 2002-ci il, №12, maddə 725) 10-cu bəndinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: "Bələdiyyələr bələdiyyə sifarişlərinin şərtləri və nəticəsi barədə məlumatları qanunvericiliklə müəyyən edilmiş üsullarla açıqlayır". 2. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə"nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №9 maddə 485; №10, maddə 910) 8.21-ci bəndində "şəxsi həyatı (onların sağlamlığı, ailə və şəxsi həyatı, əmlak vəziyyəti)" sözləri "şəxsi və ailə həyatı" sözləri ilə əvəz edilsin. 3. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 134 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Əhalisinin Dövlət Registrinin aparılması qaydası haqqında Əsasnamə"yə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №10, maddə 790) aşağıdakı əlavələr edilsin: 3.1. 20-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən fərdi məlumat hesab edilən informasiya yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu informasiyanı əldə etmək hüququna malik şəxslərə təqdim edilir"; 3.2. 25-ci bənddə "12-ci maddəsinə" sözlərindən sonra "və "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının Qanununa" sözləri əlavə edilsin. 4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir. İlham Əliyev, |