Leyla Həbib qızı Quliyeva 1957-ci ildə anadan olmuşdur.
1979-cu ildə M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun “İstehsal proseslərinin avtomatlaşdırılması” fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1979-cu ildə təyinat üzrə AMEA Kibernetika İnstitutunun Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) şöbəsində mühəndis vəzifəsində əmək fəaliyyətinə başlamışdır.
1982-ci ildən 1995-ci ilə qədər Elmlər Akademiyasının AİS şöbəsində böyük mühəndis-layihəçi vəzifəsində çalışmışdır.
2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və kredit” fakültəsinə daxil olmuş, 2002-ci ildə “Maliyyə və kredit” ixtisası üzrə tam yenidənhazırlanma kursunu bitirmişdir.
1996-cı ildən baş mühasib vəzifəsində işləyir.
2017-ci ildə institutun Fəxri Fərmanı ilə təltif olunub.
Xidməti tel.: (994 12) 537 08 46
Ev tel.: (994 12) 5384051
Mobil tel.: (994 50) 3709894
Elektron poçtu: accountant@iit.ab.az, guliyeva-leyla@yandex.ru