ELANLAR

6862

“Verilənlərin intellektual analizi” mövzusunda VIII Beynəlxalq konfrans keçiriləcək

13 Yanvar 2015 - 14:53
“Verilənlərin intellektual analizi” mövzusunda VIII Beynəlxalq konfrans keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

26-29 iyun 2015-ci il tarixlərdə Madriddə (İspaniya) “Verilənlərin intellektual analizi” (EDM) adlı VIII Beynəlxalq konfrans keçiriləcək.

Hər il müxtəlif ölkələrin ali təhsil müəssisələri və elm cəmiyyətləri tərəfindən təşkil olunan konfrans yüksək səviyyəli araşdırmaların müzakirəsi üçün aparıcı beynəlxalq forumdur.

Cari ildə İspaniya Milli Distant Təhsil Universiteti (UNED) nəzdindəki Beynəlxalq EDM cəmiyyətinin təşkil etdiyi konfransın əsas istiqamətlərini təhsil haqqında məlumatların araşdırılması ilə nəticələr arasındakı dövrün yekunu, tədris proqramları və tədbirlərin effektivliyinin qiymətləndirilməsi, verilənlər əsasında domen biliklərinin əldə olunması, tələbələrin affektiv və emosional vəziyyətlərinin aşkar olunması və aradan qaldırılması, verilənlərin intellektual analizinin inteqrasiyası və pedaqoji nəzəriyyə təşkil edir. O cümlədən tələbələrlə müəllimlər arasında mövcud əks əlaqənin və EDM metodlarından alınmış digər istiqamətlərin təminatı, monitorinq və tədris resurslarından istifadə edən jurnalların analizinin nəticələri, analitik metodlara uyğunlaşma üzrə tövsiyə və təcrübələr, sosial və birgə tədrisdə verilənlərin intellektual analizi və EDM-ə dair yanaşma və tədqiqat metodları konfransın əsas müzakirə mövzularındandır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.