2015-ci il mart ayının 3-də Vyana şəhərində (Avstriya) İnformasiya texnologiyaları və kompüter elmləri üzrə I Avropa Konfransı keçiriləcək. “Şərq-Qərb perspektivli tədqiqatlar və ali təhsil assosiasiyası” tərəfindən təşkil olunan konfransda yaşadığı ölkədən, təhsil aldığı sahədən asılı olmayaraq tələbə, doktorant və elmi müəssisələrdə fəaliyyət göstərən əməkdaşlar iştiraka dəvət edilir. Distant formatda keçiriləcək konfransa İnternet vasitəsilə qoşulmaq mümkündür.
Konfrans materialları toplusuna 2015-ci il mart ayının 2-dək qəbul ediləcək məqalələrin rus, ukrayna, qazax, ingilis və alman dillərində təqdim olunması nəzərdə tutulur.
Konfransın əsas istiqamətlərini texnoloji proses və məhsulların avtomatlaşdırılma və idarə olunması; hesablama maşınları, kompleks və kompüter şəbəkələri; informasiya emalının kvant metodları; hesablama maşınları, kompleks və kompüter şəbəkələrinin riyazi və proqram təminatı; hesablanmış metodlar və proqram komplekslərinin riyazi modelləşdirilməsi; metodlar və informasiya mühafizə sistemləri, informasiya təhlükəsizliyi; sistem analizi, informasiya emalı və idarə olunması; informatikanın nəzəri əsasları; elementlər, hesablama texnikası və idarəetmə sistemləri qurğuları; sosial və iqtisadi sistemlərdə idarəetmə və s. əhatə edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.