ELANLAR

4601

“İnformasiya təhlükəsizliyinin multidistiplinar problemləri” mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcək

08 Yanvar 2015 - 14:11
“İnformasiya təhlükəsizliyinin multidistiplinar problemləri” mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

AMEA Rəyasət Heyətinin qərarı ilə 2015-ci ildə akademiyada keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi tədbirlər planı təsdiq olunub.

Planda 2015-ci il üçün AMEA-da 9 beynəlxalq və 25 respublika səviyyəli tədbirin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlərdən biri də “İnformasiya təhlükəsizliyinin multidistiplinar problemləri” mövzusunda  respublika elmi-praktiki konfransıdır. Konfrans AMEA İnformasiya Texnologiyaları İnstitutunun təşkilatçılığı ilə cari ilin 17-18 may tarixlərində Bakı şəhərində keçiriləcək.
 
Elmi-praktiki konfrans 17 may - İnformasiya cəmiyyəti gününə həsr olunur. Artıq ənənə halını alan bu tədbirdə dövlət qurumları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, İT mütəxəssisləri və bu sahədə fəaliyyət göstərən digər şəxslərin iştirakı gözlənilir.
 
Konfrans informasiya təhlükəsizliyi problemləri istiqamətində bilik və təcrübə mübadiləsinin aparılması, bu sahədə beynəlxalq aləmdə aparılan elmi-tədqiqatlarla tanışlıq və Azərbaycan alimlərinin diqqətini bu sahəyə yönəltmək baxımından mühüm əhəmiyyətə malikdir.
 
Tədbirdə informasiya təhlükəsizliyinin multidistiplinar problemlərinin müzakirəsi, əldə olunan nəticələrin ölkə ictimaiyyətinə çatdırılması nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.