ELANLAR

5266

“Sosial Şəbəkələşmə” sərgi-konfransı keçiriləcək

15 Dekabr 2014 - 11:36
“Sosial Şəbəkələşmə” sərgi-konfransı keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

Sosial medianın artıq yeni kommunikasiya mərkəzinə çevrilməsi danılmaz faktdır. Bu gün sosial media ən yaxşı təqdimat kanallarından biri olduğu üçün insanlar, o cümlədən şirkətlər sosial şəbəkələrə üz tuturlar. Bu, hədəf auditoriyası ilə birbaşa və aydın dialoqdur.

2015-ci ildə mart ayında "Sokolniki" Sərgi və Konqres Mərkəzində keçiriləcək "Sosial Şəbəkələşmə" (“Social Networking Congress and Expo”) (SNCE) sərgi-konfransı sosial mediada biznesin qurulması məsələlərinə həsr olunub.

SNCE-nin məqsədi sosial media məkanında iş imkanları haqqında məlumat əldə etmək, sənaye liderləri ilə görüşmək, təcrübə qazanmaq  və yeni texnologiyalar ilə tanış olmağa şərait yaratmaqdır.

Qeyd edək ki, tədbirin növbəti ilin ən əhəmiyyətli tədbirlərindən biri olması gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.