4 dekabr 2014-cü il tarixdə 20-ci "Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfrans"ı ("BakuTel 2014") çərçivəsində “Elektron dövlət quruculuğu problemləri” I Respublika elmi-praktiki konfransı keçiriləcək.
Tədbirin təşkilatçıları AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, AMEA Rəyasət Heyəti və AMEA İnformasiya Texnologiyaları İnstitutudur.
Konfransın istiqamətləri:
E-dövlətin elmi-nəzəri əsasları;
E-dövlət quruculuğu strategiyaları;
E-dövlət və e-idarəçilik modelləri;
E-demokratiya və e-seçki sistemi;
E-dövlətin ölçülməsi problemləri və rəqəmsal fərqlilik;
E-dövlətin informasiya təhlükəsizliyi problemləri;
E-dövlətin perspektiv texnologiyaları;
E-dövlətin formalaşdırılmasının normativ-hüquqi bazası.
Məruzə həcmi 4 səhifədən (cədvəl, şəkil və ədəbiyyat daxil olmaqla) artıq olmamaq şərtilə elektron şəkildə egov@iit.ab.az, farhadyusifov@gmail.com ünvanına təqdim edilməlidir.
Məruzədə məsələnin aktuallığı, qoyuluşu və onun həlli yolları, elmi yenilik və əldə olunmuş nəticələrin praktiki dəyəri əks olunmalıdır.
Şablonu yükləmək olar Sample_IEEE.pdf (55 KB).
Sample_IEEE.doc şablonunun Azərbaycan dilinə tərcüməsi Sample_AZ.pdf (79 KB).
Mühüm tarixlər
30 oktyabr 2014-cü il - Məruzələrin təqdim edilməsinin son günü
15 noyabr 2014-cü il - Məruzələrin qəbulu haqqında müəlliflərin məlumatlandırılmasının son günü
4 dekabr 2014-cü il - Konfransın iş günü
Əlaqə:
AMEA İnformasiya Texnologiyaları İnstitutu
Tel: (+994 12) 539-01-67
(+994 12) 510-12-60
E-poçt: egov@iit.ab.az, farhadyusifov@gmail.com
Faks: (+994 12)539-61-21