ELANLAR

5029

Rusiyada “Elmi-texniki innovasiyalar: milli təcrübə və beynəlxalq əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçiriləcək

02 Oktyabr 2014 - 11:07
Rusiyada “Elmi-texniki innovasiyalar: milli təcrübə və beynəlxalq əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

6 noyabr 2014-cü il tarixdə Moskva şəhərində Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzinin (BETİM) qərargahında “Elmi-texniki innovasiyalar: milli təcrübə və beynəlxalq əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans və BETİM-ə üzv dövlətlərin Səlahiyyətli Nümayəndələr Komitəsinin 65-ci (7 noyabrda) iclası keçiriləcək.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzindən (EİM) məlumat verilib.

Konfransda BETİM-ə üzv dövlətlərin milli təşkilatların, tərəfdaş ölkələrin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı planlaşdırılır. Məruzələrin istiqamətlərinə “ETTKİ və milli innovasiya sistemləri (MİS) sahəsinin inkişafının qurulması və tendensiyaları məsələləri”, “Beynəlxalq elmi-texniki və innovasiya əlaqələrinin inkişafı və konfransın iştirakçı ölkələrində innovasiya iqtisadiyyatının formalaşmasında onların rolu” daxildir.

Qeyd edək ki, Beynəlxalq Elmi-Texniki İnformasiya Mərkəzi çoxtərəfli, hökumətlərarası razılaşmaya uyğun olaraq yaradılmış təşkilatdır. Azərbaycanın da daxil olduğu BETİM-in 22 üzv dövləti var. Burada Bolqarıstan, Macarıstan, Almaniya, Monqolustan, Polşa, Rumıniya, Rusiya, Çexiya, Slovakiya, Kuba, Vyetnam, Gürcüstan, Türkiyə, Hindistan, Koreya Xalq Demokratik Respublikası, Belarus, Estoniya, Ukrayna və başqaları yer alır. Mərkəzin əsas vəzifəsi elm, texnologiya və biznes sahəsində beynəlxalq əməkdaşlıq çərçivəsində üzv dövlətlərə informasiya, analitik, konsultasiya və təşkilati dəstəyinin göstərilməsindən ibarətdir. BETİM-in qərargahında hazırda 150-dən artıq mütəxəssis çalışır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.