ELANLAR

4858

Qazaxıstanda AICT-2014 - İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə VIII Beynəlxalq konfrans keçiriləcək

25 Sentyabr 2014 - 09:44
Qazaxıstanda AICT-2014 - İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə VIII Beynəlxalq konfrans keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

Cari il oktyabrın 15-dən 17-dək Astanada (Qazaxıstan) informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi üzrə VIII Beynəlxalq konfrans - AICT-2014 (Application of Information and Communication Technologies) keçiriləcək.

Tədbirə İKT-nin elm və təhsil, idarəetmə, təhlükəsizlik, səhiyyə və s. sahələrdə tətbiqinə dair tədqiqatlar aparan alim və mütəxəssislər dəvətlidir.

AICT-2014 adıçəkilən sahələrdə çalışan və ya təhsil alan insanlara öz elmi işlərini böyük auditoriyaya təqdim etmək, mühüm məsələlərin optimal həllərini tapmaq imkanı verən akademik konfranslardan biridir.

aict.info saytının məlumatına görə, L.Qumilyov adına Avrasiya Milli Universiteti, Nazarbayev Universiteti, Lomonosov adına Moskva Dövlət Universiteti, İnformasiya Təhlükəsizliyi və Kriptologiya İnstitutunun birgə təşkilatçılığı, ABŞ-ın IEEE - Elektrotexnika və Elektronika Mühəndislər İnstitutunun texniki dəstəyi ilə keçiriləcək tədbirdə əsas diqqət informasiya təhlükəsizliyi məsələlərinə veriləcək.

Bakı, Daşkənd və Tbilisidə keçirilən əvvəlki konfransların uğurlarına əsaslanaraq, bu il də informasiya-kommunikasiya texnologiyaları sahəsində müxtəlif ölkələrin alimləri, müəllim və tələbə heyəti, tədqiqatçılar, mütəxəssislər arasında yeniliklərin təqdimatı, tədqiqatlar, sınaq və təcrübələrin müzakirəsinin təmin edilməsi üçün AICT-2014 xüsusi platformaya çevriləcək.

Beynəlxalq konfransın tematik mövzularına 80-dək istiqamət daxildir. 

Tədbir “Kibertəhlükəsizlik problemləri”, “İKT-nin tətbiqində ən son tendensiyalar, nailiyyətlər”, “Böyük verilənlərin idarəsi və tətbiqi”, “Verilənlərin emalı və verilənlər mühəndisliyi”, “Kommunikasiya, şəbəkə və avadanlıq”, “Biznes, idarəetmə və iqtisadiyyatda İKT”, “Dövlət xidmətlərində İKT”, “Elm, təhsil, sosial və humanitar tədqiqatlarda İKT”, “Tibb və səhiyyədə İKT” bölmələri üzrə aparılacaq. 

AICT-2014 çərçivəsində bir sıra tədbirlərin keçirilməsi də nəzərdə tutulub. Bunların sırasında “9-cu Beynəlxalq İnformasiya Təhlükəsizliyi Tədqiqat Konsorsium (IISRC)”konfransı, İnformasiya cəmiyyəti üzrə II elmi-praktik konfransı qeyd etmək olar. 
Qeyd edək ki, AICT-2013 konfransı ötən il oktyabrın 23-dən 25-dək Bakıda keçirilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.