ELANLAR

5336

“Milli Net 2014” milli internet mükafatına start verilir

23 Sentyabr 2014 - 17:35
“Milli Net 2014” milli internet mükafatına start verilir, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

Sentyabrın 25-dən etibarən ölkəmizdə “Milli Net” Milli İnternet Mükafatına start verilir. İddiaçılar www.millinet.az saytında  qeydiyyatdan keçərək öz internet resursları və internet layihələrini təqdim edə bilərlər.

Milli internet resurslarının builki yarışmasına 2 yeni nominasiya – “Qarabağ haqqında saytlar“ və   “Mobil tətbiqlər” nominasiyaları daxil edilib. Dövlət və bələdiyyə resursları nominasiyasının adı dəyişdirilərək “Elektron hökumət” nominasiyası adlandırılıb. Beləliklə, “Milli Net 2014” yarışması  14 nominasiya üzrə keçiriləcək:

  • Korporativ saytlar;
  • İctimai-sosial saytlar;
  • Media və İnformasiya;
  • Mədəniyyət, incəsənət və turizm saytları;
  • Ailə, uşaq və sağlamlıq;
  • Asudə vaxt, idman və əyləncə;
  • Bloqlar;
  • Elm və təhsil;
  • Elektron hökumət;
  • Xidmət (Servis);
  • Qarabağ haqqında saytlar;
  • İstifadəçi kontenti üzərində qurulmuş saytlar;
  • Mobil tətbiqlər;
  • Ən yaxşı sosial şəbəkə səhifəsi.

Müsabiqəyə təqdim olunan saytların qeydiyyatı 2 ay davam edəcək və 25 noyabrda qeydiyyat başa çatacaq.  Qiymətləndirmə prosesi dekabrın 15-dək davam edəcək. “Milli Net 2014” yekun təqdimat mərasiminin dekabrın sonlarında keçirilməsi nəzərdə tutulub.

Ötən ildə olduğu kimi, saytların qiymətləndirmə prosesini internet istifadəçiləri deyil, peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla AİF tərəfindən formalaşdırılan Münsiflər Heyəti aparacaq. Hazırda Münsiflər Heyətinin formalaşdırılması prosesi davam edir. 

Münsiflərə hər hansı aidiyyəti olan saytların müsabiqədə iştirakına yol verilmir. Heyətin verdiyi səslər müsabiqə başa çatdıqdan sonra geniş ictimaiyyət üçün açıqlanır və www.millinet.az  saytında yerləşdirilir. Münsiflərin hər bir sayt üzrə verdikləri qiymətlər əsaslandırılır.

Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən “Milli Net”-in keçirilməsində məqsəd Azərbaycan internetinin inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızı üzə çıxartmaq və tanıtmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin internetdə tətbiqini genişləndirməkdən ibarətdir.