ELANLAR

4933

Stokholmda “POST-EXPO-2014” beynəlxalq sərgi-konfransı keçiriləcək

16 Sentyabr 2014 - 17:03
Stokholmda “POST-EXPO-2014” beynəlxalq sərgi-konfransı keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

23-25 sentyabr tarixlərində Ümumdünya Poçt İttifaqının (ÜPİ) təşkilatçılığı ilə İsveçin Stokholm şəhərində “POST-EXPO-2014” beynəlxalq sərgi-konfransı keçiriləcək.

Sayca 18-ci sərgi-konfransda poçt, kuryer, ekspress sənaye ilə bağlı cari məsələlər və qlobal məkanda işgüzar münasibətlər müzakirə ediləcək. ÜPİ-dən verilən məlumata görə, sərgidə poçt və bağlama texnologiyaları, avadanlıqlar, sahə üzrə yeni  xidmətlər nümayiş etdiriləcək.
 
Üç gün davam edəcək “POST-EXPO-2014” poçt, bağlama, təcili çatdırılma sənayesinin gələcək inkişafı haqda fikir və informasiya mübadiləsi üçün əsas platforma rolunu oynayaraq, dünyanın bu istiqamətdə əsas qərarverici liderlərini, o cümlədən baş direktorlar, menecerlər, təchizatçı və alıcıları bir araya gətirəcək. Sərgi-konfransda poçt texnologiyası üzrə beynəlxalq mükafatlar da təqdim ediləcək. Mükafatlar poçt sənayesinin müxtəlif istiqamətlərini əhatə edir.
 
Nominasiyalara “ilin ekoloji nailiyyəti”, “ilin təchizatçısı”, “ilin rəqəmli innovasiyası”, “Son mil çatdırılma üzrə ilin innovasiyası”, “ilin xidmətlər provayderi”, “ilin bağlama emalı innovasiyası”, “ilin biznesin inkişafı innovasiyası” kateqoriyaları daxildir.

Qeyd edək ki, “POST-EXPO” hər il dünyanın 85-dən artıq ölkəsini təmsil edən milli, özəl poçt operatorları, kuryer, poçt şirkətləri, biznes qurumları daxil olmaqla, 3500-dən çox iştirakçını cəlb edir.

ictnews.az