İran Elm və Texnologiya Tədqiqat Təşkilatı ilə Elm, Təqdiqat və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə 28-ci Xarəzm Beynəlxalq Mükafatlandırma tədbiri keçiriləcək.
Hər il mütəmadi olaraq təşkil olunan tədbirin keçirilməsində əsas məqsəd dünya üzrə elmi nailiyyətlər əldə etmiş görkəmli tədqiqatçı, ixtiraçı və novatorların bir araya gəlməsidir.
Mükafatlandırma informasiya texonologiyaları, aviasiya, kənd təsərrüfatı, fundamental elmlər, biotexnologiya, nanotexnologiya və s. elm sahələrini əhatə edir.
Təqdim olunacaq tədqiqat işləri tətbiqi sahələr, tədqiqat və işləmələr, fundamental tədqiqatlar, ixtira və innovasiyalar kateqoriyalarından birinə aid olmalıdır.
Materialların qəbulu üçün son tarix: 10 noyabr, 2014
KİA laureatlarının elan olunması tarixi: yanvar ayının ikinci həftəsi, 2015
Mükafatlandırma mərasimi: fevral, 2015
Əlavə məlumat irost.org saytından əldə etmək olar.