ELANLAR

6028

“Global Webit-2014” texnologiyalar konqresi keçiriləcək

27 Avqust 2014 - 11:02
“Global Webit-2014” texnologiyalar konqresi keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

Texnologiya və elektron kommersiya dünyasında  ən böyük tədbir olan “Global Webit-2014” altıncı beynəlxalq konqresi 1-2 oktyabr tarixlərində İstanbulda “Halic” konqres mərkəzində keçiriləcək.

Ənənəvi olaraq Avropa, Yaxın Şərq və Afrika ölkələrinin mütəxəssislərini birləşdirən tədbir bu il adıçəkilən regionlarda yerləşən 110 ölkədən on mindən çox iştirakçını bir araya gətirəcək. Konqres çərçivəsində iki paralel işçi zona – Rəqəmli zona və Texniki zona təşkil ediləcək.
 
Konqresin saytına əsasən, tədbirdə yüksək kateqoriyaya məxsus mütəxəssis və rəhbərlər iştirak edəcək.

Tədbir iştirakçıları mobil texnologiya, elektron ticarət, internet-marketinq, telekommunikasiya sahəsində dünya səviyyəli 260 spikerin çıxışını dinləyəcək.

Tədbir çərçivəsində müzakirə panellərində iştirak etmək, gələcək müştərilərlə tanış olmaq və sərgidə şəxsi həllərini nümayiş etdirmək, aparıcı investisiya şirkətləri ilə əlaqə saxlamaq imkanı var.

Konqresdə gənc internet-texnoloqlar və digital-startapçılar biznes imkanlarının inkişafı və əlaqələrin genişləndirilməsi üçün böyük imkanlara malik olacaq. Müxtəlif ölkələrin ən nüfuzlu ixtisaslaşdırılmış KİV-dən 300-dən çox jurnalist konqresin işini işıqlandıracaq.

ictnews.az