ELANLAR

5500

VII beynəlxalq "Business Information Security Summit’2014" konfransı keçiriləcək

20 Avqust 2014 - 11:02
VII beynəlxalq "Business Information Security Summit’2014" konfransı keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

Sentyabrın 19-da Rusiyanın Moskva şəhərində VII beynəlxalq "Business Information Security Summit’2014" konfransı keçiriləcək. Tədbirin əsas mövzusu informasiya təhlükəsizliyi və biznes risklərinin idarə edilməsidir.

Rusiyanın informasiya təhlükəsizliyi cəmiyyətinin aparıcı mütəxəssislərinin bir araya gələcəyi BIS Summit'2014 informasiya təhlükəsizliyi sahəsində son tendensiyalar və texnoloji nailiyyətlərin müzakirəsi məqsədini daşıyır. Konfransın əsas iştirakçıları müvafiq sahədə əldə etdikləri təcrübələri bölüşmək və Rusiyanın İT-sənayesinin inkişafına öz töhfələrini vermək üçün toplaşacaqlar.

Tədbirdə əsasən, informasiya təhlükəsizliyinin yeni risklərə hazırlığı, dünya bazarları, tendensiyalar;  böhran dövründə maliyə itkiləriylə mübarizə; məqsədyönlü hücumlar və müdafiə variantları kimi mövzular ətrafında fikir mübadiləsi aparılacaq.

Tədbirin iştirakçıları və proqramı barədə ətraflı məlumat almaq üçün sayta müraciət etmək lazımdır.

computerra.ru