ELANLAR

5092

“İnformasiya texnologiyalarının inkişaf perspektivləri” XX Beynəlxalq elmi-praktiki konfransı keçiriləcək

12 Avqust 2014 - 11:00
“İnformasiya texnologiyalarının inkişaf perspektivləri” XX Beynəlxalq elmi-praktiki konfransı keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

Avqustun 26-da Rusiyanın Novosibirsk şəhərində "İnformasiya texnologiyalarının inkişaf perspektivləri" XX Beynəlxalq elmi-praktiki konfransı keçiriləcək. 

Müasir dövrdə bütün elmi istiqamətlər sürətlə inkişaf edir. Aparılan elmi-tədqiqat işlərinin nəticələrinin nəşri alimlər üçün olduqca mühüm və  məsuliyyətli mərhələdir. Bu zaman elmi cəmiyyətin diqqətini özünə cəlb edən bir çox innovativ ideyalar və nəzəriyyələr meydana çıxır. Digər tərəfdən,  nəşr olunmuş məqalələrin sayı dissertasiya işinin müdafiəsi zamanı əsas şərtdir.  

Rusiyanın Elmi Əməkdaşlığın İnkişafı Mərkəzinin təşkilatçılığı ilə keçirləcək konfrans da bu istiqamətdə müxtəlif məsələlərin müzakirəsinə yönəlib. Tədbirdə dünya ölkələrindən alimlər, doktorantlar,  tələbələr və digər könüllü şəxslərin iştirakı gözlənilir.

Konfransda, əsasən, "Sistemli analiz, informasiyanın emalı və idarəolunması", "İqtisadiyyatda və siyasətdə informasiya texnologiyaları",  "Sosial və iqtisadi sistemlərdə idarəetmə" kimi mövzular ətrafında məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaq.

Tədbirlə bağlı daha ətraflı məlumatı konferencii.ru saytından əldə etmək olar.