ELANLAR

5012

Beynəlxalq Telekommunikasiya İttifaqının səlahiyyətli konfransı keçiriləcək

15 İyul 2014 - 11:30
Beynəlxalq Telekommunikasiya İttifaqının səlahiyyətli konfransı keçiriləcək, Elm və Təhsil Nazirliyi, Elm ve Tehsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azerbaycan Respublikasi Elm ve Tehsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Elm və Ali Təhsil, AMEA, Azərbaycan Milli Elmlər Akademiyası, Elmler Akademiyasi, İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları, AMEA ITI, AMEA İTİ, İTİ, ITI, ikt.az, ict.az, ict, ikt, www.ict.az, www.ikt.az, Rasim Aliguliyev, Rasim Əliquliyev, RM Əliquliyev, Əliquliyev Rasim, Academician Rasim Aliguliyev

20 oktyabr - 7 noyabr tarixlərdə Cənubi Koreyanın Busan şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) səlahiyyətli konfransı keçiriləcək. 

Səlahiyyətli konfrans – BTİ-yə üzv dövlətlərin təşkilatın gələcəkdəki rolu və onun informasiya-kommunikasiya texnologiyalarının dünya üzrə inkişafına göstərə biləcəyi təsirini müəyyən etdiyi əsas tədbirdir. 

Konfrans BTİ-nin ali orqanıdır. Təşkilatın www.itu.int rəsmi saytının məlumatına görə, 4 ildə bir dəfə çağırılan konfransda qurumun ümumi siyasəti müəyyən olunur, 4 illik strateji və maliyə planları qəbul edilir, qurumun yüksək səviyyəli rəhbərliyi, şuranın və Radioreqlamentar Komitənin üzvləri seçilir.